30 dəfə ölüb-dirilən qadın – FOTOLAR
Bizi izləyin

Bilgi.az

30 dəfə ölüb-dirilən qadın – FOTOLAR

Deyilənə görə, pişiklərin 9 canı olur.

Lakin 3 uşaq anası Lüsi Kessidi pişikləri də geridə qoyaraq, 30 cana sahib olduğunu sübut edib. Kessidinin ürəyi nadir xəstəlik üzündən 24 saat ərzində 29 dəfə fəaliyyətini dayandırıb.

Üç uşaq anası olan qadın gərgin vəziyyətdə olub və hətta qida qəbul etməyi də unudub. Günlərin birində axşam vaxtı halı pisləşən Lüsi huşunu da itirib. Elə həmin gün qadının ürəyi 1 sutka ərzində 29 dəfə dayanıb və o, təcili xəstəxanaya yerləşdirilib. Həkimlər qadının hər dəfə ürəyi dayandıqda defibrillyatorun köməyi ilə onun həyatı uğrunda mübarizə aparıblar.

Lüsi deyib: "Mən gecəyarısı susuzluq hiss edib yuxudan ayıldım. Sonra uşaqlarımın qışqırığını eşidib, onlara tərəf gedərkən yerə yıxıldım. Bircə onu xatırlayıram ki, başımın üstündə həyat yoldaşım mənə süni nəfəs verərək yaşamağım üçün dua edirdi".

Təcili tibbi yardım gələnədək qadının ürəyi bir dəfə də dayanıb. Xəstəxanaya aparılan zaman yolda həkimlər onun sağ qalması üçün əllərindən gələni ediblər. Oksigen çatışmazlığından qadın dəfələrlə huşunu itirməli olub.

Həyata qayıda bilən qadın yalnız 3 həftədən sonra evə buraxılıb. İndi isə Lüsiyə daxili kardiodefibrillyator yerləşdirilib. Qurğu qadının ürəyində hər hansı nasazlıq hiss edən kimi elektrik cərəyanı buraxmaqla orqanizmi normaya salacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm