Möhtəşəm yüz ilin sirri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Möhtəşəm yüz ilin sirri – FOTOLAR

Cahan padşahın gizli cənnəti kəşf edildi.

Publika.az "Xəbərtürk"ə istinadən xəbər verir ki, Kəfə - Krım yarımadasının cənub-şərqi sahillərində Ağməscidə 120 km məsafədə 77 min əhalisi olan tarixi bir liman şəhəri, həmçinin mədəniyyət və turizm mərkəzidir.

Kəfənin yaranma tarixi dəqiq olaraq məlum deyil. Ancaq e.ə. 600-cü ildə Milet koloniyası kimi qurulduğu təxmin edilir.

1971-ci ildə şəhərin 2500-cü yaranma tarixi qeyd edilib. Avropanın ən qədim yaşayış yerlərindən biridir.

Kəfə 1475-ci ildə Gədik Əhməd Paşanın komandanlığında, Osmanlının ərazisinə qatılıb. Kəfə və digər sahil qalaları Osmanlı İmperiyası tərəfindən idarə edilməyə başlanılıb.

Yavuz Sultan Səlim Kəfə bəylərbəyi olaraq vəzifədə olub və oğlu Sultan Süleyman da (Qanuni – red) 1509-cu il 6 avqust tarixində babası Sultan II Bəyazid tərəfindən Kəfə Bəyi olaraq vəzifələndirilib. Nəticədə Sultan Süleyman üç il Kəfə Bəyi vəzifəsində çalışıb.

Osmanlı hegemonluğunda bir türk şəhəri görünüşünü qazanan Kəfə XVII əsrin ikinci yarısında 4 minə yaxın evdən ibarət olub. 3 min əhalisi olan şəhərdə 200-ü müsəlman ailəsi-də yaşayıb.

XVIII əsrdə türklər Kəfəni İstanbula oxşadaraq ona "Kiçik İstanbul" deyirdilər.

NASA mütəxəssisləri Möhtəşəm Süleyman olaraq tanınan Sultan Suleyman Qanuninin bəylik etdiyi Ukrayna torpağındakı Kəfənin (Feodasiya – red) Koktebel bölgəsini peykdən fotolarnı çəkib, enerji və nur saçdığını iddia edib.

Bu gün Kəfədə bu əsərlərdən heç birinin qalmadığını demək olar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm