İnsan ətinin dadı necədir - yeyənlər danışır
Bizi izləyin

Bilgi.az

İnsan ətinin dadı necədir - yeyənlər danışır

İngiltərənin paytaxtı Londonda iki aşpaz dadı insan ətinin dadına bənzəyən hamburger hazırlamağa qərar verib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu layihə üzərində işləyən Jeyms Tomilson istədikləri dadı əldə etmək üçün uzun bir araşdırma apardıqlarını bildirib.

Tarixdə ən dəhşətli cinayətlər törətmiş adamyeyənlərin insan ətinin dadı haqqında dedikləri rəy isə xeyli qorxuncdur.

İrlandiyalı məhkum Aleksandr Pirs həbsdən birlikdə qaçdığı dostlarını yeyəndən sonra "insan əti donuz və balıq əti ilə müqayisədə çox ləzzətlidir",- deyə şərh bildirmişdi.

Almaniyalı adam yeyən Armin Meives 2007-ci ildə televiziyada çıxış zamanı insan əti üçün "ağzımda əriyir" ifadəsini işlədib.

İssei Saqava yediyi qurbanları haqqında "ətin dadı əvvəl yediyim heç bir şeyin dadına bənzəmir",- deyib.

Qərbi Afrikada insan ətinin dadına baxan Villiam Şebrok bu təcrübəsinə "çox dadlıydı" kimi şərh verib.

Misirli model Omaima Nelson insan əti haqqında "Sadəcə, əzələlərin dadına baxdım, amma gözlərindən çox ləzzətli və faydalı şorba bişirdim"- deyib.

Dorangel Vargas insan sinəsinin həyatı boyunca yediyi ən dadlı ət olduğunu etiraf edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm