Ekzoplanetdə su tapılıb
Bizi izləyin

Bilgi.az

Ekzoplanetdə su tapılıb

ABŞ, Çili, Böyük Britaniya və İsveçrə alimləri ekzoplanetin (Günəş sistemindən uzaq məsafədə yerləşən planet – red.) atmosferində ilk dəfə olaraq su buxarı aşkar ediblər.

Tədqiqatın nəticələrini "Nature" jurnalında nəşr olunub.

Astronomlar, adətən, belə tədqiqatları Yupiter ölçüdə olan böyük planetlər üzərində aparır. Bu dəfə alimlərin tədqiqat apardığı və su buxarını aşkar etdiyi planet isə ekzoplanetlər içərisində həm soyuq, həm də ən kiçiyi olub.

Su buxarının tapıldığı ekzoplanet Yer kürəsindən 123 işıq ili uzaqlığında Qu quşu bürcü altında yerləşib. Su damcılarının tapıldığı Kepler-3b (elmi adı NAT-P-11b) adlı planet Kepler-3 (elmi adı NAT-P-11) Günəş ətrafında dövr edir. Bizim Günəş sistemindən dəfələrlə uzaqlıqda yerləşən planetin yaşı təqribən 6,5 milyard ildir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm