Burun əməliyyatına getdi, ayaqlarından oldu
Bizi izləyin

Bilgi.az

Burun əməliyyatına getdi, ayaqlarından oldu

Burun əməliyyatı üçün özəl xəstəxanaya müraciət edən Sevinc Çelik ağrıları azalmadığından xəstəxanaya təkrar müraciət edib.

Yenidən əməliyyata götürülən xəstə qadın ayaqlarından məhrum olub.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həkimlər təkrar əməliyyat edilməsini ayaqlarında qan dövranının normadan az olması ilə əsaslandırıblar. Həkimlər əməliyyatdan başqa yolun olmadığını deyiblər. Nəticədə, qadının hər iki ayağı kəsilib.

Daha sonra başqa bir özəl xəstəxanada analiz verən qadının əməliyyat zamanı qanına infeksiya keçdiyi müəyyən edilib. Ailənin iddiasına görə, infeksiya məhz birinci əməliyyat zamanı keçib və əslində, ayağın kəsilməsinə ehtiyac olmayıb.

Artıq ailə məhkəməyə müraciət edib. Onlar 500 min maddi, 500 min mənəvi olmaqla 1 milyon lirə təzminat tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm