Qadın qəbirdə oyandı
Bizi izləyin

Bilgi.az

Qadın qəbirdə oyandı

Yunanıstanda tükürpədici bir hadisə baş verib.

Basdırılan 45 yaşlı qadın qəbirdə oyanıb və insanları köməyə səsləyib. Qadın xərçəng xəstəliyindən əziyyət çəkib. Basdırıldığı 1 saatdan sonra qadın özünə gəlib. Onun səsini ərazidə oynayan uşaqlar eşidib. Uşaqların sözlərinə görə qəbirdən boğucu bir qadın səsi gəlib.

Qadının köməyinə polis, dəfn işlərinə baxan və daha 2 nəfər şəxs gəlib. Lakin adı açıqlanmayan qəbirdə oyanan qadını xilas etmək mümkün olmayıb. Tabut açıldıqdan sonra onda həyat əlamətləri qeydə alınmayıb. Onu müayinə etməyə gələn həkim isə qadının 1 saat əvvəl öldüyünü deyib.

İndi isə qadına ölüm diaqnozu qoyan həkimlərin işinə baxılır. Mərhumun qohumları həkimləri məhkəməyə vermək fikrindədirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm