Su pərilərinin akademiyası – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Su pərilərinin akademiyası – FOTOLAR

İki ayaq üstə torpaqda yeriməkdən bezmisinizsə, o zaman sizə daha yaxşı təklifimiz var. İndi siz paltarınızı çıxarıb, qurşağadək balıq quyruğu geyinib Avropanın ilk su pərisi akademiyasında su pərisinə çevrilə bilərsiniz.

İspaniyanın Tarraqona şəhərində yerləşən "Gerencia Sirenas Mediterranean Academy" sizi real dünyadan ayırıb, mifik qəhrəman kimi balıq quyruğu ilə üzməyi və suyun altında nəfəsi saxlamağı öyrədəcək.

Akademiyanın rəhbəri deyir: "Yaşından və cinsindən asılı olmayaraq, biz hər kəsin arzusunu çin edirik. Biz müştərilərimizə Aralıq dənizində su pərisi kimi yaşamağı öyrədirik. Məqsədimiz isə ondan ibarətdir ki, insanlar bir anlıq da olsa, özlərini mifik varlıq kimi hiss edə bilsinlər".

İnsanlar daha çox foto çəkdirmək üçün akademiyaya müraciət edir.

Bəs insan nə üçün su pərisi olmaq istəsin ki? Akademiyanın rəhbəri Alexandro 3 səbəb sadalayır: "Su həyatı sağlam qalmaq üçün ən yaxşı üsullardan biridir. Balıq quyruğu ilə üzmək isə əzələlərin işləkliyini daha da artırır. Bu, sanki, bir idmandır. Çünki balıq üzgəci qarın və bel əzələlərini eyni zamanda hərəkətə gətirir. İkinci səbəb odur ki, su pərisi olmaq insanın əhvalını da dəyişir. Üçüncü səbəb isə ondan ibarətdir ki, su pərisi kimi nəfəs almaq ağciyərlərə müsbət təsir edir və qanı ürəyə çatdırır".

Akademiya həftədə 2 dəfə kurs keçir. Yeni başlayanlar əvvəlcə hovuzda məşq edir, sonradan isə açıq dənizə buraxılırlar. 1 dərs 90 dəqiqə davam edir. Yeni başlayanlar üçün dərs 50 dollardır, üzmə bacarıqları təkmilləşdikdən sonra qiymət 63 dollara qalxır.

Kursun intensivliyi isə müştərinin öz qabiliyyətindən asılıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm