Xoşbəxt olmaq üçün bunları yeyin
Bizi izləyin

Bilgi.az

Xoşbəxt olmaq üçün bunları yeyin

Meyvə-tərəvəz insanı xoşbəxt edir. Bu nəticəyə ABŞ-ın Boston Elmi-Tədqiqat İnstitutunun alimləri gəliblər.

Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, tədqiqatçılar geniş miqyaslı təcrübə aparıblar, təcrübədə 14 minədək insan iştirak edib. Təcrübənin aparıldığı müddət ərzində 800 tondan çox meyvə-tərəvəzdən istifadə olunub.

Tədqiqatçıların rəyinə görə,belə bir pəhriz onların fiziki cəhətdən sağlam olmasına gətirib çıxarıb. Məlum olub ki, daha çox meyvə-tərəvəz yeyən şəxslərin həmişə yaxşı əhval-ruhiyyədə olduğu, özlərinə əminlik hiss etdikləri və optimist olduqları aydınlaşıb.

Tədqiqatçılar həm də müəyyən ediblər ki, qida rasionuna çoxlu miqdarda meyvənin daxil edilməsi insult və ürək tutması risqini 40% azaldır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm