Maestro Niyazi və Tofiq Tağızadə Mircəfər Bağırovu necə ələ verdi?
Bizi izləyin

Bilgi.az

Maestro Niyazi və Tofiq Tağızadə Mircəfər Bağırovu necə ələ verdi?

Publika.az istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun məhkəməsinə işıq tutan araşdırmasını dərc edir. Bu tədqiqatın hər kəs üçün maraqlı olacağını düşünürük.

Əvvəli bu linklərdə

http://publika.az/p/30792

http://publika.az/p/44380

http://publika.az/p/44674

Xalq düşməni Beriyanın yaxın qohumlarının

Gürcüstan SSR ərazisindən köçürülməsi barədə

Gürcüstan KP MK-nın məktubu

Ciddi məxfi

Xüsusi qovluq

24 saat ərzində Sov.İKP MK Rəyasət Heyətinin dəftərxanasına qaytarılmalıdır.

Bütün ölkələrin proletarları, birləşin!

Konspirativ sənədləri alan yoldaş əgər MK-nın göstərişi olmasa, onları göndərə bilməz, heç kimlə tanış edə bilməz. Göstərilən sənədlərin surətini almaq olmaz, onlardan çıxarış etmək qəti qadağandır.

Sovet İttifaqı Kommunist Partiyası

MƏRKƏZİ KOMİTƏSİ

№ П32/IХ

12.IХ.1953-cü il.

Yol. Xruşşova

MK Rəyasət Heyəti iclasının 32 nömrəli protokolundan çıxarış

12 sentyabr 1953-cü il.

Gürcüstan KP MK

Sov.İKP MK Katibliyinə tapşırılsın ki, bu məsələyə baxılsın və təkliflər verilsin.

MK Katibi

№ П337/ОП

2.IХ.53-cü il.

MK Rəyasət Heyətinin üzvləri y.y. Malenkova, Molotova, Xruşşova, Voroşilova, Bulqaninə, Kaqanoviçə, Mikoyana, Saburova, Pervuxinə

Xalq düşməni Beriyanın yaxın qohumlarının Gürcüstan SSR ərazisindən köçürülməsi haqqında Y.Mirtsxulavanın 25.VIII.53-cü il tarixli, 2466/ss№-li məktubu

Çap olunub 12 ədəd.

Tam məxfi

Sov.İKP MK Katibi

Yoldaş N.S.Xruşşova

Beriyanın antipartiya və antidövlət cinayət əməlləri ifşa olunandan sonra Tbilisidə və Gürcüstanın şəhər və rayonlarında yaşayan onun yaxın qohumları təxribatçı söhbətlər aparır. Beriyanın anası Marta Beriya dərindən inanan dindar qadındır, kilsələrə gedir və xalq düşməni olan oğluna dua edir. Beriyanın ifşasından sonra qohumları onun mənzilində şübhəli görüşlər keçirir.

Xalq düşməni Beriyanın yaxın qohumlarının Gürcüstanda qalmaqlarını məqsədəuyğun hesab etmirik. Gürcüstan KP MK sizdən xahiş edir ki, SSRİ Daxili İşlər Nazirliyinə göstəriş verəsiniz ki, xalq düşməni Beriyanın yaxın qohumları Gürcüstan SSR ərazisindən köçürülsünlər.

Köçürüləsi şəxslərin siyahısı əlavə olunur.

Gürcüstan KP MK katibi

[möhür.] A. Mirtsxulava

25 avqust 1953-cü il.

№ 2466/ss

Tbilisi şəh.

Nişan:

y. Q.M.Malenkova

[möhür.] N.S.Xruşşova. IX

Xalq düşməni Beriya və onun arvadı Beriya-Qeqeçkorinin

yaxın qohumlarının siyahısı

  1. Ana - Beriya Marta İvanovna, təvvəlüdü 1872-ci il, evdar qadın, oğlunun himayəsində olub, Tbilisi şəhəri, Sajaya küçəsi, № 5/7-də yaşayır

Qatı dindar qadındır, mütəmadi kilsələrə gedir, Tbilisi şəhərində, eləcə də Gürcüstanın rayonlarında dındarlarla geniş əlaqələri var .

2. Bacı - Beriya-Loladze Anna (Aneta) Pavlovna, təvvəlüdü 1905-ci il, evdar qadın, lal-kar, həyat yoldaşı Loladze Levan İsmailoviç ilə və 7 yaşlı kiçik qızı Aniko ilə birlikdə yaşayır.

3. Kürəkən - Loladze Levan İsmailoviç, təvəllüdü 1911-ci il, Sov.İKP üzvü, Zaqafqaziya dəmir yolu kommersiya xidməti idarəsində mühəndis vəzifəsində işləyir.

4. Bacı (atadan ayrı) - Kvaratsxeliya-Antadze Yelena Dmitriyevna, təvəllüdü 1900-cü il, partiya üzvü deyil, Gürcüstan sənaye şurasının atelyesində dərzi işləyir, öz həyat yoldaşı Antadze A.N. ilə birlikdə Tbilisi şəhəri, Kirov küçəsi, № 18-də yaşayır.

5. Kürəkən - Antadze Аkaki Nikolayeviç, təvvəllüdü 1900-cü il, SovİKP üzvü, işləmir, xroniki şizofreniya xəstəliyindən əziyyət çəkir, orada yaşayır.

6. Bacı (atadan ayrı) - Kvaratsxeliya-Kviçidze Tamara Dmitriyevna, təvvəllüdü 1898-ci il, əri Kviçidze Niko və 18 yaşlı qızı ilə Suxumi şəhəri, Kaqanoviç küçəsi, № 28-də yaşayır.

7. Kürəkən - Kviçidze Nikolay Dmitriyeviç, təvəllüdü 1901-ci il, Sov.İKP üzvü, Gürcüstan konserv trestinin Abxaziya kontorunda müdir.

8. Bacıqızı - Kvaratsxeliya Kozlyakovskaya Susanna Kapitonovna, təvəllüdü 1916-cı il, Sov.İKP üzvü, Tbilisi şəhərində kinostudiyada işləyir.

9. Qardaşı oğlu - Kvaratsxeliya Vaxtanq Kapitonoviç, təvəllüdü 1924-cü il, Moskva şəhərində yaşayır. Arvadı Kvaratsxeliya Larisa Modestovna, 28 yaş, evdar qadın, Suxumi şəhərində anasının yanında qalır.

10. Qardaşı (atadan ayrı) - Кvаrаtsхеliya Noyev Andreyeviç, təvəllüdü 1905-ci il, bitərəf, subay, Dranda selposunda müfəttiş işləyir, keçmiş menşevik. Bir neçə dəfə siyasi və cinayət maddələrilə həbs olunmuşdur.

11. Bacısı (atadan ayrı) - Kvaratsxeliya Paşa Andreyevna, təvəllüdü 1902-ci il, evdar qadın, Abxaziya MSSR, Qulripşski rayonu Qanaxleba kəndində yaşayır.

12. Qayınanası - Qeqeçkori Darya Vissarionovna, təvəllüdü 1873-ci il, evdar qadın, kürəkəni - xalqın və partiyanın düşməni Beriyanın himayəsində olub, Suxumi şəhərində yaşayır.

13. Qaynı (atadan ayrı) - Şavdiya Nikolay Nestoroviç, təvəllüdü 1894-cü il, Sov.İKP üzvü, Tbilisi şəhəri, Maçabeli küçəsi, № 5-də yaşayır.

14. Şavdiyanın arvadı - Şavdiya Nina İosifovna, təvəllüdü 1902 -ci il, Sov.İKP üzvü, 1930-cu ildən fasilələrlə XDİK-DİN orqanlarında qeyri-operativ şöbələrdə işləyib, aprel 1952-ci ildə azad olunub.

15. Baldızı - Şavdiya-Nijaradze Kseniya Nestorovna, təvəllüdü 1896-cı il, evdar qadın, əri Nijaradze Teymurxan Yermolayeviçlə bir yerdə Tbilisi şəhəri, Telmava küçəsi, № 7-də yaşayır.

16. Bacanağı - Nijaradze Teymurxan Yermolayeviç, təvəllüdü 1897-ci il, Tbilisi şəhərində 5 nömrəli çörək zavodunda ekspeditor vəzifəsində işləyir.

Quskovun AKP MK-nın birinci katibi Yaqubova göndərdiyi gizli məktub təqdim olunur.

ГААППОД.F. 1, Siy. 39, İş. 181

Tam məxfi

Azərbaycan KP MK katibi

Yoldaş T.A.Yaqubova

Moskvada incəsənət işçilərinin müşavirəsində Azərbaycan SSR nümayəndələri də iştirak edirdilər. SSRİ DİN-in məlumatına görə, rejissor Fridin evində söhbət zamanı Azərbaycan SSR nümayəndələri Bağırovun vəzifədən azad olunması ilə əlaqədar aşağıdakı fikirləri bildirdilər:

Bəstəkar Niyazi:

"Əgər bizim agsaçlı qvardiyamız bir qədər intizamlı olsaydı, onda P.N.Pospelovun arxasınca getməzdi, onda o (y.P.N.Pospelov), məcbur olub Bakıdan velosipedlə getməli olacaqdı, ona heç kim dəmiryol bileti satmazdı".

Kinorejissor İsmayılov:

"Bağırovu hesabdan bu cür yüngül silmək olmaz. O, bakılılar üçün Bağırov olmuş və Bağırov kimi də qalacaqdır. Yol. P.N.Pospelovun ittihamı əsassızdır. Bağırov həmişə öz ünvanına deyilən tərifin əksinə çıxırdı".

Kinorejissor Tağızadə:

"Bağırovu azad etmək olar, lakin Bağırovsuz ölkədə neft olmayacaq, Bağırovsuz Bakı olmayacaq. Bağırovu bərpa edəcəklər".

Məlumat üçün sizə bildirirəm.

Azərbaycan SSR

Daxili işlər naziri Quskov

Lakin 1954-cü ilin yazından hadisələr kəskin dəyişir. Şübhəsiz, hadisələrin belə inkişafı Kremlin göstərişi olmadan ola bilməzdi. Həm də Bağırova qarşı münasibətin kəskin dəyişməsində yuxarıda qeyd etdiyim kimi həm Mikoyanın , həm də Əfəndiyevin məktubunun xüsusi təsiri vardı. 13 mart 1954-cü ildə M.C.Bağırovu partiyadan xaric edirlər.

РГАСПИ. F. 17. Siy. 171. İş. 474. Səh. 65-71.

M.C.Bağırov haqqında

Sov.İKP MK Rəyasət Heyətinin qərarı

1 aprel 1954-cü il

Sov.İKP MK Rəyasət Heyətinin Dəftərxanasına 7 gündən gec olmayaraq qaytarılmalıdır

Bütün ölkələrin proletarları, birləşin!

Ciddi məxfi

Sovet İttifaqı Kommunist Partiyası

MƏRKƏZİ KOMİTƏSİ

№ П54/III

1.IV. 1954-cü il Yol.Rudenko

MK Rəyasət Heyəti iclasının 54 nömrəli protokolundan çıxarış

29 mart 1954-cü il

Bağırov haqqında

Y. Rudenkonun 15 mart 1954-cü il № 63 lss tarixli məktubunda ifadə olunmuş təklifləri ilə razılaşsın.

MK KATİBİ

Xüsusi qovluq

MK Rəyasət Heyəti 54 nömrəli protokolu p. III

Tamamilə məxfi

Sov.İKP MK Rəyasət Heyəti

Yoldaş Q.M.Malenkova

Yoldaş N.S.Xruşşova

Beriyanın və onun əlaltılarının ittiham işini araşdırarkən, bu işin məhkəmə prosesindən sonra gələn ərizələrdən və materillardan müəyyən olundu ki, Azərbaycan KP MK katibi Mir Cəfər Bağırov uzun müddət Beriyanın yaxın və sədaqətli adamı olub, onun dəstəyi ilə Azərbaycanın XDİK-DİN orqanlarında Beriya kimi düşmənçilik işi aparılırdı.

Beriya kimi Bağırov da 1937-1938-ci illərdə çekist təşkilatlarına rəhbərlik edirdi, həbs olunanları kütləvi surətdə döydürür, cinayət işlərini saxtalaşdırır, arzulamadığı insanlara divan tutur və təmiz partiya-sovet kadrlarını məhv edirdilər.

Bu məsələ ilə əlaqədar şahid, Azərbaycan XDİK-də işləmiş Şneyder bunları göstərdi:

"Bağırov XDİK aparatının işçilərinə şəxsən özü göstəriş verirdi ki, bütün həbs olunanlara fiziki təzyiq göstərsinlər. Mən iki dəfə üçlüyün iclasında olanda onun belə göstərişlər verdiyini özüm eşitmişəm. Bununla bərabər, Bağırov tələb edirdi ki, üçlüyün güllələnməyə məhkum etdiklərindən başqa şəxslər haqqında ifadə almaq üçün amansızcasına döysünlər. İştirak etdiyim istintaqda Bağırov göstərişlər verirdi ki, güllələnməyə məhkum olunmuşları o dərəcədə döysünlər ki, onlar artıq güllələnmə yerinə gedə bilməsinlər, onları o yerə başqaları aparsın...

1938-ci ilin yazında Azərbaycanın rəhbər partiya-sovet işçilərinin həbsi davam edirdi. Yeni trotskiçi mərkəzi "açıldı", onun mövcud olmağına həbs olunanları dindirən istintaqçılar da inanmırdılar. İstintaq Bağırov, Rayev və Borşovun rəhbərliyi ilə aparılırdı, həbsdə olanları işgəncə verməklə döyürdülər, onlardan uydurulmuş ifadələr alırdılar, sonra yeni günahsız insanların həbsləri gedirdi..."

Həbs olunanların Bağırovun göstərişilə işgəncə ilə döyülməsi barədə Azərbaycan SSR DİK katibliyinin keçmiş rəisi Rıbak belə ifadə verdi:

"1937-ci ildə Azərbaycanın XDİK orqanları tərəfindən həbs olunmuşdular: Azərbaycan SSR XŞK sədri Hüseyn Rəhmanov, Bakı şəhər partiya komitəsinin katibi Sef və Bakı partiya komitəsinin katibi Qindin Aleksandr. Onların işinin istintaqını SPO rəisi Lev Tsinman aparırdı. Mən Azərbaycanın XDİK katibliyinin rəisi işləyərkən görürdüm ki, Xalq daxili işlər komissarı işləyən Sumbatov-Topuridzenin kabinetinə istintaq üçün Hüseyn Rəhmanovu, Sefi və Qindin Aleksandrı gətirdilər. Sumbatov-Topuridze və Tsinmanla birlikdə istintaqda Azərbaycan MK katibi Bağırov da iştirak edirdi" .

Bağırovun kiminlə ədavəti vardısa o adamlara divan tuturdu. Buna misal olaraq Qlavlitin keçmiş senzoru, DTN təqaüdçüsü Qafar Sadıx oğlu Qafarlını göstərmək olar. O, Bağırovu və Azərbaycan SSR-in keçmiş xarici işlər xalq komissarı Yemelyanovu qeyri-düzgünlüyünə və cinayət işlərinə görə ifşa edirdi. Bu məsələ ilə bağlı Bağırovun göstərişi ilə Qafarlı həbs edilərək əsassız məhkum olundu, antisovet təbliğatına və ziyankarlığa görə 10 il azadlıqdan məhrum edildi. İşə bu ilin 30 yanvarında baxılıb və məhkum olunmuşun hərəkətlərində cinayət tərkibi olmadığı üçün iş dayandırılıb.

Qafarlı ona məlum olan faktlar üzrə, Bağırov haqqında və onun Azərbaycandakı işi ilə əlaqədar bunları göstərdi:

"Birinci imperialist müharibəsində Bağırov çar ordusunun "vəhşi diviziya"sında qulluq edirdi, inqilabdan sonra Azərbaycan FK-da işləməyə başlamışdır. O, FK sədri, Beriya isə onun müavini olub. O vaxtdan Beriya ilə Bağırov dost idilər, daima bir-birinə kömək edirdilər. Nə vaxt və hansı vəziyyətdə Bağırovun partiyaya daxil olduğunu mən bilmirəm...

1933-cü ildə Bağırov Azərbaycan K(b)P MK-nın katibi oldu. Azərbaycanın Xalq daxili işlər komissarı Bağırovun yaxını Sumbatov idi, bu vaxta qədər XDİK-də adi əməkdaş olmuş təxribatçı və sözbaz Borşov Azərbaycanın Xalq daxili işlər komissarının köməkçisi vəzifəsinə təyin olunur; onun rəhbərliyi altında xüsusi istintaq hissəsi işləyirdi. Bağırovun tapşırığı əsasında, həbs olunan şəxslərin araşdırılması ilə məşğul olurdu.

İstintaqın işinə Borşov və Sumbatov rəhbərlik edirdilər, istintaq zamanı onlar qeyri-qanuni metodlardan istifadə edirdilər: həbs olunanları və şahidləri döyür, işgəncə verir, təxribat aparır, işləri saxtalaşdırırdılar. 1936-cı ildə bu işçilər çoxlu günahsız sovet adamlarını həbs etmiş, istintaq işlərini saxtalaşdırmış, onlara divan tutmuşdular...

...Beləliklə, Borşov və Sumbatov Bağırovun birbaşa köməkçiləri hesab olunurdular, əgər kimsə Bağırov haqqında pis söz desəydi, onlar həmin insanlara divan tuturdular. Məhz onların köməyilə Bağırov Azərbaycanın partiya-sovet rəhbər işçilərini məhv etdi və onların yerinə öz yaxın adamlarını təyin etməyə başladı.

Bağırovun ikiüzlülüyü onun öz həmfikri Beriyanın Sovet dövlətinə qarşı xəyanətini, partiyaya münasibətdə düşmənçilik işini ifşadan gizlətmək cəhdi aşağıdakı faktlardan məlumdur.

1936-cı ilin dekabrında Azərbaycan XDİK idarəsinin keçmiş rəisi Nodev öz işçiləri Akopov və Purnislə söhbətində bəyan etmişdi ki, "Beriyanı ancaq Zaqafqaziyada görkəmli çekist hesab edirlər, Vladivostokdan Moskvaya qədər isə hər yerdə insanlarda onun haqqında mənfi rəy yaranmışdı, o, adamları işdən sıxışdırıb çıxarmaq üçün cürbəcür pis işlərdən istifadə edirdi..."

Belə mülahizəyə görə Nodev Bağırovun təşəbbüsü ilə işdən çıxarıldı, partiya xəttilə ona töhmət elan olundu, 1938-ci ildə isə əksinqilabi cinayətdə ittiham olunaraq güllələndi.

Bağırov Beriyanın həyatına xüsusi qayğı göstərirdi. Bu məsələ barədə Beriyanın keşmiş mühafizə rəisi Sarkisov göstərdi:

"...1942-ci ildə bir dəfə Beriyanın tapşırığı ilə Moskvadan Bakıya qayıdan Bağırovu vağzala ötürürdüm, onda Bağırov mənə dedi: "Azərbaycan Kommunist Partiyası adından sənə tapşırıram: Beriyanı sayıqlıqla qoru".

XDİK-in xüsusi şöbəsinin keçmiş rəisi, Leninqrad hərbi dairənin rəisi Samoxvalov K.A. (keçmiş SSRİ XDİK tərəfindən 1940-cı ildə məhkum olunmuşdur) şəxsi ərizəsində göstərir ki, "1937-ci ildə həbs olunmuş Axundovu dindirərkən axırıncı məlumat verdi ki, Bağırov və Beriya yoldaşlar S.Orconikidze şəxsiyyəti haqqında şər və böhtan yayırdılar".

Beriyanın S.Orconikidzeyə qarşı bir neçə il apardığı mübarizəsindən, qərəzli intriqasından Bağırovun həqiqətən xəbəri var idi və bu barədə o, 29 oktyabr 1953-cü il tarixdə istintaq zamanı göstərdi:

"...Beriyanın Serqo Orconikidzeyə alçaq münasibəti onun karyeryerizminin və namərdliyinin inandırıcı misallarından hesab oluna bilər..."

Bir neçə şəxs öz ərizələrində və ifadələrində göstərir ki, keçmişdə Bağırovun İran və müsavat kəşfiyyatları ilə əlaqəsi olub.

Bağırovun həbsi barədə sizin razılıq verməyinizi və onun barəsində araşdırmanın icraata götürülməsinə icazə verməyinizi xahiş edirəm.

SSRİ-nin baş prokuroru Rudenko

[möhür.]

15 mart 1954-cü il

№ 63/lss

İşarələr:

MK Rəyasət Heyəti uzvlərinə göndərilsin.

[möhür.] N.Xruşşov

Göndərilib № П725

Əsli. Maşın yazısı.

Nahayət, 1954-cü il martın axırında M.C.Bağırovu həbs edirlər.

РГАСПИ. F. 17. Siy. 171. İş. 474. Səh. 86-96.

9 aprel 1954-cü il M.C.Bağırovun istintaq protokolunun surəti

Xüsusi qovluq

Tam məxfi

Yoldaş Q.M.Malenkova

Şahid Bağırov Mir-Cəfər Abbasoviçin istintaq protokolunun surətini təqdim edirəm

29 oktyabr 1953-cü il.

Əlavə: 10 vərəqədə.

[möhür.] R.Rudenko

30 oktyabr 1953-cü il.

№ 569/t.məxfi

Nişanlar:

Oxudu

[möhür.] L. Kaqanoviç. 6.XI

Oxudu

[möhür.] K.Vororşilov. 9.Х1.1953

Oxudu[ал]

[möhür.] A.Mikoyan. 9.XI

Şahidin istintaq protokolu

M.C.Bağırovun 9 aprel 1954-cü il tarixli dindirmə protokolunun surəti

Xüsusi qovluq

Tam məxfi

Yoldaş N.S.Xruşşov

M.C.Bağırovun 9 aprel 1954-cü il tarixli dindirmə protokolunun surətini sizə təqdim edirəm.

Əlavə: 10 vərəqədə.

[möhür.] R.Rudenko

10 aprel 1954-cü il

№ 80/lss

Nişanlar:

MK RH üzv.

[möhür.] N.Xruşşov. 10.IV

Göndərilib № 799

Arxiv [möhür.] V.Çernuxa. 13.IV.54

Həbs olunanın istintaq protokolu

Adığözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm