Bu dünyadakı qır qazanı – FOTOLAR,VİDEO
Bizi izləyin

Bilgi.az

Bu dünyadakı qır qazanı – FOTOLAR,VİDEO

Bu təsirli video Hindistanın Racastan ştatında çəkilib.

Belə ki, isti qır qazanına düşən itin köməyinə yerli sakinlər gəlib. Yapışqan maddə itin bədənini əhatə edib və məhlul soyuduqdan sonra onun hərəkət etməsini çətinləşdirib. Yoldan keçən insanlar zavallı heyvanın yerdə hərəkətsiz qaldığını görərək xilasedicilər çağırıblar.

Qırın içində uzanan heyvanının köməyinə gələn xilasedicilər düz 2 gün 3 saat onun bədənini masaj etməklə qırdan təmizləyə biliblər. Bunun üçün xilasedicilərə qırı yumşaltmaq üçün tərəvəz yağından istifadə etmək lazım gəlib. Xilasetmə işləri zamanı isə it yerində sakitcə dayanıb.

İki gün qırı təmizləməklə məşğul olan xilasedicilər itin bədəninin qaya parçası kimi sərt olduğunu bildiriblər.

Videonun sonunda isə itin qırdan tamamilə azad olduğu və gümrah olduğu görünür.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm