Bilgi.az
Qeyri-adi sevgi etirafı: sevdiyini itin üzərində yazdı – FOTOLAR
Baytar olmağa hazırlaşan polyak əsilli həkim andını pozaraq heyvana qarşı vəhşilik törədib. O, itin dərisində "Mən səni sevirəm" kəlməsini yazaraq, şəklini çəkib və təbii ki, fotonu "Facebook"da paylaşıb. Maraqlısı odur ki, o, bu sözləri itin dərisinə tikib.
İti əməliyyat edən tələbə heyvanın üzərində lazımsız tikişlər qoymaqla rəfiqəsinə sevgisini nümayiş etdirmək istəyib. Bunun üçün o, heyvanın dərisi üzərində əlavə yaralar açmalı və tikməli olub.
Oğlan Polşanın Varmiya və Mazur təhsil müəssisəsində 4-cü kursda
təhsil alır. Qeyri-etik və qeyri-insani keyfiyyətlərdən uzaq
hərəkətinə görə təhsil müəssisəsi tərəfindən tələbənin axtarışına
başlanılıb.
Amma oğlan itin fotosunu sosial şəbəkədə paylaşdıqdan sonra onun
müdafiəsinə qalxanlar da tapılıb. Baytarın tərəfini tutan
şəxslərdən biri yazıb: "Burada qeyri-etik nə var ki? O, tikiş
qoymağı öyrənib və öz ustalığını nümayiş etdirir".
Varmiya və Mazur universitetinin baytar tədqiqatları üzrə rəhbəri deyib: "Sevgi etirafı çox yaxşı şeydir. Lakin bunun heyvan dərisi üzərində yazılması qeyri-etik və ədəbsizdir".
Nura
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı