Kraliçanın alt paltarı satışa çıxarıldı – FOTO
Bizi izləyin

Bilgi.az

Kraliçanın alt paltarı satışa çıxarıldı – FOTO

Böyük Britaniyada kraliça Viktoriyanın alt paltarı satışa buraxılıb.

Xarici mətbuatın verdiyi məlumata görə, kraliçanın alt paltarı və gecə köynəyi oktyabrın 12-də Stenford şəhərində hərraca çıxarılacaq.

Hərrac evinin nümayəndəsi deyib: "Alt paltarı yaxşı xidmət göstərdiyinə görə kral saray heyət üzvünə hədiyyə verilib. Bu geyim nəsildən-nəslə keçirilib. Alt paltarı və köynək yaxşı vəziyyətdədir və son 75 ildə sandıqda saxlanılıb".

O da qeyd olunur ki, geyimlər iri ölçüdə tikilib. Köynəyin sinəsinin ölçüsü 167, darbalağın bel ölçüsü 132 santimetrdir.

100 yaşlı alt geyimə 100 min funt ilkin qiymət qoyulub. 2011-ci ildə də kraliça Viktoriyaya məxsus ipək alt paltarı Edinburqda hərracda satışa qoyulub. İpək alt paltarı 9375 funt sterlinq, corablar isə 5 min funt sterlinqə satılıb.

Qeyd edək ki, kraliça Viktoriya 1838-ci ildə Böyük Britaniya taxtına gəlib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm