ABŞ-ın dili Snouden Nobelə namizəddir
Bizi izləyin

Bilgi.az

ABŞ-ın dili Snouden Nobelə namizəddir

ABŞ-ın "dili" Snouden Nobelə namizəddir

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) gizli məlumatlarını ifşa edərək ictimaiyyətin reaksiyasını tətikləyən Eduard Snouden bu dəfə də Braziliya tərəfindən Nobelə namizəd göstərilib.

NSA-nın keçmiş sistem analitiki Snoudeni namizəd göstərən Braziliya Cəmiyyət Partiyasının Amazonas əyaləti senatoru Grazziotin açıqlamasında “Hökumətlər , dövlətlər və vətəndaşlara qarşı gizli şəkildə işləyəndə qlobal sülh və tarazlığın bacarılması daha da çətin olacaq. Snouden demokratiyanın təməl prinsipi olan şəffaflıq prinsipini canlandırdı” deyib.

Rusiyaya sığınan Snoudenin sənədlərini yayımlayan jurnalist Glenn Greenvald həyatına Braziliyada davam edir. NSA tərəfindən dinlənildiyi ortaya çıxan Braziliya prezidenti Dilma Rousseff reaksiya göstərərək Vaşinqton ziyarətini təxirə salmışdı. Norveçli millət vəkilləri də keçən həftə Snoudeni Nobelə namizəd göstərmişdi.

Digər tərəfdən isə İraq müharibəsi dövründə ABŞ prezidenti olan Corc Buşun Almaniya kansleri Gerhard Schröderi 2002-ci ildən etibarən dinləmək əmri verdiyi ortaya çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm