Bu həftə Nobel mükafatçıları bəlli olacaq
Bizi izləyin

Bilgi.az

Bu həftə Nobel mükafatçıları bəlli olacaq

İsveçdə 113-cü Nobel həftə başlayır. Publika.az-ın ТАСС-a istinadən verdiyi xəbərə görə, bu gün Stokholmda Nobel Komitəsi fiziologiya və tibb sahəsində mükafatların sahiblərini elan edəcək. Oktyabrın 7-də fizika, 8-də isə kimya üzrə nobel mükafatçılarının adları məlum olacaq.

Ehtimal olunur ki, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı həftənin cümə axşamı məlum olacaq. Ötəl il bu mükafata Kanadadan olan yazıçı qadın Elis Munro layiq görülmüşdü.

10 oktyabrda Osloda Nobel sülh mükafatının qalibinin adı açıqlanacaq. 2013-cü ildə bu mükafat kimyəvi silahın qadağan edilməsi çağırışı ilə çıxış edən təşkilata verilmişdi.

Nobel həftəsi oktyabrın 3-ü Nobelin şərəfinə iqtisadiyyat sahəsində verilən mükafatla başa çatacaq.

2014-cü ilin Nobel laureatlarının adları Stokholm və Osloda açıqlanacaq.

Qeyd edək ki, Nobel mükafatının verilmə tarixi 1901-ci ilə, yəni Nobelin ölümündən 5 il sonraya təsadüf edir.

Mükafat üçün namizədliyin irəli sürən şəxs sağ olmalıdır. Lakin tarix boyunca iki dəfə bu mükafat ölmüş şəxsə təqdim olunub.1961-ci ildə Nobel Sülh Mükafatı Daq Xammeşeldə və 1931-ci ildə ədəbiyyat üzrə mükafat Erik Axel Karlfeldə təqdim olunub.Onlar namizədlikləri sürülən zaman sağ idilər, lakin mükafat təqdim olunan zaman onlar artıq ölmüşdülər. 1974-cü ildə mükafatın yalnız yaşayanlara təqdim olunmasına qərar verilib.

Buna baxmayaraq 2011-ci ildə tibb üzrə Nobel Mükafatını Ralf Staynmana təqdim etdilər. Lakin təqdim edənlər bilmirdilər ki, o artıq üç gündür ki vəfat edib. Mükafatı onun varisləri qəbul etdi.

Amerikalı fizik Con Bardin 1956-cı və 1972-ci illərdə iki dəfə bu mükafatı alıb. İngilis Frederik Senger isə 1958-ci və 1980-cı illərdə mükafata layiq görülüb. Amerikalı kimyaçı Laynus Karl Polinq isə 1954-cü kimya üzrə və 1962-ci ildə Sulh üzrə Nobel mükafatına layiq görülüb.

Namizədlər arasında qadınlar az olsa da, onların arasında iki dəfə mükafata layiq görünənlər var. Mariya Küri ilk dəfə 1903-cü ildə fizika üzrə, ikinci dəfə isə kimya üzrə 1911-ci ildə mükafata layiq görülüb. Ümumilikdə isə qadınlar 44 dəfə bu mükafata layiq görülüblər.

Tarixdə mükafatdan imtina faktları da qeydə alınıb.

Ən çox fizika və kimya üzrə Nobel Mükafatına layiq görülən alimlər amerikalıdılar. Sonra almanlar, üçüncü yerdə isə ingilislərdir. Tibb sahəsində isə bunun əksinədir və bura fransızları da əlavə etmək lazımdı.

Tarixdə bu mükafata layiq görülən ən cavan alim 25 yaşlı fizik Viliam Lorens Breq olub. Ən yaşlı alimlərin isə 90 yaşı olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm