Dünyanın ən iri dodaqlı qadını - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən iri dodaqlı qadını - FOTOLAR

Avstraliyalı kinematoqraf Abraham Yoffe dünyanı dolanıb ən maraqlı hadisələri lentə almaqla məşğuldur.

Bu dəfə kinematoqraf Efiopiyanın cənub kəndində dodaq bəzəyi kimi istifadə edilən ən iri diskin daşıyıcısı olan qadınla tanış olub.

İyirmi yaşlı Ataye Eliqidayn dodaqlarında dünyanın ən böyük diskini daşıyır. Diskin çevrəsi 59,5 santimetr, diametri 19,5 santimetrdir. Bu, adi diskin ölçüsündən iki dəfə böyükdür.

Bu vaxtadək Ginnesin Rekordlar Kitabına düşmüş ən böyük diskin diametri 15 santimetr olub.

Dodaq disklərindən istifadə Efiopiyanın Omo çayı sahilində yaşayan Surma qəbiləsinin qadınları arasında ənənə halını daşıyır. Ənənəyə görə, qadınlar dodaq diskindən 1896-cı ildən bəri ərlərinin diqqətini cəlb etmək üçün istifadə edirlər. Bu prosedur üçün qadınların 15-18 yaşı olarkən alt çənə sümüyündən 2 diş çıxarılır.

Son vaxtlar Efiopiya hökuməti qadınların dodaq diskindən istifadəsinə qadağa qoyub. Buna görə də gənc nəsil arasında bu ənənə getdikcə azalmağa doğru gedir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm