Bilgi.az
Uşağınız sizi neçə aylıqdan başa düşür?
Amerikalı tədqiqatçılar araşdırıblar ki, uşaqlar artıq 1 yaş 3 aylığından böyüklərin reaksiyalarını anlayırlar. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, artıq 15 aylıqdan uşaqlara qəzəb və qayğı hisləri tanışdır. Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vaşinqton araşdırma mərkəzinin tədqiqatçıları 150 nəfər bir yaşından yaş yarıma qədər olan körpə üzərində təcrübə aparıblar. Uşaqlar bu müddətdə iki böyük uşağın oyuncağa görə dalaşdığının şahidi olublar.
Aydın olub ki, körpələr otağa "qəzəbli" böyük daxil olduqda çəkinərək əllərindəki oyuncağı yerə qoyublar, əksinə, "xeyirxah" böyük gəldikdə isə həvəslə oyunlarına davam ediblər. Beləliklə, tədqiqatçılar müəyyənləşdiriblər ki, ətrafdakıların emosiyaları hətta başqalarına yönəlmiş olsa belə, uşaqlara 15 aylıqdan məlum olur.
Mütəxəssislərin rəyinə görə, bu uşaqların özünütənzimləmə funksiyasının tərbiyəsinə başlamağın əsl zamanı ola bilər.
Gülnar Əliyeva
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü