Aktrisanın şir sevgisi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Aktrisanın şir sevgisi – FOTOLAR

Bir neçə dəfə "Qızıl Qlobus" mükafatını qazanmış amerikalı aktrisa Melani Qriffiti daha çox Hollivudun ən seksual kişisi hesab olunan Antonio Banderasın keçmiş arvadı kimi tanınır. Melani Qriffit aktyor Antonio Banderasla 18 il birgə yaşadıqdan sonra 2014-cü ildə boşanıb.

Aktrisa Melani uşaqlıqda vəhşi həyat sürməsini əks etdirən fotoları paylaşıb. 14 yaşlı Melani bir çox yeniyetmələrdən fərqlənib, çünki balaca qız sözün əsl mənasında ev şiri ilə birgə böyüyüb. 1970-ci illərdə çəkilmiş şəkillərdə Melani böyük Afrika pişiyi kimi tanınan Neyl adlı şirlə eyni hovuzda üzməsi və çarpayıda birgə yatması təsvir olunur. Neyl ailə üzvləri tərəfindən himayəyə götürüldükdən sonra balaca Melani, demək olar, günün çox hissəsini şirlə keçirirmiş.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm