Bir dəfə Los-Ancelesdə: “Erməni Gücü”nün ŞOK cinayətləri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bir dəfə Los-Ancelesdə: “Erməni Gücü”nün ŞOK cinayətləri - FOTOLAR

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhər məhkəməsində erməni mafiyasına məxsus "Erməni Gücü" adlı cinayətkar dəstənin daha bir iştirakçısına hökm oxunub.

Məlum olduğu kimi, bu kriminal dəstənin 2011-ci ildə başlanan sensasion cinayət məhkəməsinin "qəhrəmanlarından" artıq 90 üzvünə hökm oxunub. Yerli Federal prokurorluqdan verilən xəbərə görə, onlardan hələ də iki-üç nəfəri axtarışdadır.

1980-ci illərdə Los-Ancelesin şərqində yaranan "Erməni Gücü" adlanan qrupun tərkibində 250-dək üzv və yüzlərlə tərəfkeşi vardı. Əvvəlcə, sadəcə, yad adamlardan və rəqiblərdən qorunmaq üçün yaradılan dəstənin fəaliyyəti sonralar metastaz verərək qətllər, qarətlər, narkotika, dələduzluq, bank oğurluğu və s. bu kimi kriminal "uğurlarla" zənginləşib.

Hələ aprel ayında cinayətkar əməllərdə təqsirli bilinən 36 yaşlı "Ayğır" ləqəbli Aram Şaropetrosyan Los-Anceles məhkəməsinin qərarı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Odur ki, erməni müttəhimin vəkili Çarlz Pereyra-Suares müdafiə etdiyi şəxsin artıq iki il əvvəl 25 illik azadlıqdan məhrumetmə cəzası alaraq həbsə atıldığını əsas gətirərək, indiki hökmün çox da sərt olmamasını rica edir. Lakin məhkəmədə dövlət ittihamçısı qismində çıxış edən prokurorluq nümayəndəsi bu işin tamam başqa bir cinayət hadisəsi olduğunu sübut edərək Şaropetrosyana əlavə olaraq yenə yüksək cəza verilməsində israr edir.

Məlum olur ki, 2012-ci ilin noyabrında Şaropetrosyan həbsxanada ola-ola, afrikamənşəli küçə uşaqlarından ibarət bandit dəstəsi ilə əlaqə yaradıb böyük bir dələduzluq əməliyyatında iştirak edib. Həmin vaxt isə Şaropetrosyan qanunsuz silah gəzdirmə və günahsız insanları gülləbaran etmə ittihamı ilə artıq 10 illik cəza müddətini çəkməkdə idi. Bu erməni qoçağı öz qaradərili həmkarı Anqus Braun ilə bir kamerada yatarkən gizlincə türməyə keçirilən mobil telefon vasitəsilə həmin küçə uşaqlarını idarə ediblər. Beləcə, dələduzluq yolu ilə onlar müxtəlif adamların, əsasən də qocaların bank hesablarından külli miqdarda pul çəkə biliblər. İstintaqın hecablamalarına görə cinayətkarlar əhalidən ümumən 8 milyon dollar oğurlayıblarlar.

İndiki son məhkəmə işi də Şaropetrosyanın anoloji cinayət əməli ilə bağlı idi: o, türmədən telefon vasitəsilə yaşlı adamlara ("əsasən 1930-35-ci illərə qədər doğulan ləng qocaların bank hesablarından") hədə-qorxu gəlmək, şantaj etməklə pullarını mənimsəyib. İşin ən böyük epizodu isə cinayətkarın bir tibb müəssisəsi rəhbərini hədəf seçərək, hətta onun sahib olduğu klinikanı ələ keçirmək niyyəti ilə bağlı olub.

Cinayətkar "Erməni Gücü" dəstəsinin sabiq başçılarından olan "Kapone" ləqəbli Mqer Darbinyan, "Kəllə" ləqəbli Emil Ayrapetyan və Lusine Ohancanyan hələlik istintaqdan gizlənməkdə davam edirlər. Təhqiqata isə məlum olub ki, hələ bir neçə il öncə, Şaropetrosyanın 26, Ayrapetyanın isə 25 yaşları olanda Kaliforniyada turşu xiyar istehsalı üzrə varlı sahibkar Eddi Gülnazaryan həbsxanada yatan latınamerikalılara bu dostların qətlini sifariş veribmiş. Ancaq göründüyü kimi, nədənsə istəyinə çata bilməyib və elə o zamandan dələduz dostlar turşu xiyar maqnatı Gülnazaryanın rəqibləri kimi daim onu izləyib vahimədə saxlayıblar.

Məhkəmədə Şaropetrosyanın sonuncu işi ilə bağlı dəhşətli faktlar açıqlanıb. Çoxsaylı səs yazıları dinlənildikdə məlum olub ki, o, klinika rəhbərinin arvadını və uşaqlarını oğurlamaqla, döyməklə, öldürməklə hədələyib təşviş içində saxlayırmış. Hətta dostu Ayrapetyan tapança gücünə öz qurbanlarını zorla "Porşe-Kayen" avtomobilinə əyləşdirib və o, maşında olarkən Şaropetrosyan türmədən mobil telefon vasitəsilə bir neçə saat davamlı şəkildə onu şantaja məruz qoyub, hədə yolu ilə təzyiq göstərərək külli miqdarda pul tələb edib.

Hakimlər bu epizodun materiallarını dinləyərkən erməni mafiozun vəkili zərərçəkmişin əl-qolunun bağlanmadığını, "Porşe"də sərbəst oturdulduğunu dəlil kimi göstərib aman diləsə də, bu "humanizmi" cinayətkarı təmizə çıxartmaq üçün kifayət etməyib.

Maşındakı həmin əhvalatdan sonra zərərçəkmiş atası ilə birgə FTB-yə (Federal Təhqiqat Bürosu) gedərək hadisə barədə danışıb və Şaropetrosyanın bundan sonrakı bütün əməlləri izlənərək lentə yazılıb. O, izləndiyi yarım il müddətində həbsxanadan klinikaya istiqamətlənən qara əməllərini davam etdirib, lakin sonda istəyinə çata bilməyərək üçüncü dəfə məhkəmə qarşısında dayanmalı olub.

Beləliklə, vahimə saçan "Erməni Gücü" məhkəmədə faş olub. Həqiqətlər üzə çıxdıqca yalan üzərində qurulmuş Erməni Mifi kimi, saxta "Erməni Gücü" də darmadağın edilib.

P. Azər

ABŞ-dan xüsusi olaraq Publika.Az üçün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm