Bilgi.az
Ayaqyoluda ilişib qalan qadın xilas edildi – FOTOLAR
Çinin Çjan şəhərindən olan 85 yaşlı qadının günü səhər açılandan düz gətirməyib: yaşlı qadın süni dişlərini itirməklə yanaşı, düz 4 saat unitazda ilişib qalıb.
Belə ki, 85 yaşlı qadın süni dişlərdən istifadə etməzdən əvvəl onları yumaq üçün ayaqyoluna gedib. Dişləri ehmalca yuduqdan sonra protez qadının əlindən sürüşərək unitaza düşüb.
Qadın çox fikirləşmədən əlini unitaza salmalı olub. Nəticədə, qadının sol əli unitazda ilişib qalıb. O, nə qədər çalışsa da, əlini unitazdan çıxara bilməyib. Qadının əli dar boru yolunda ilişib. Yerdə uzanmış vəziyyətdə qalan qadın oradan sərbəst çıxa bilməyəcəyini anlayıb.
Onun qışqırıqlarını evə 1 saatdan sonra gələn gəlini eşidib. Gəlin qayınanasına kömək etməyə çalışıb, lakin o, bununla yaşlı qadının vəziyyətini daha da ağırlaşdırıb. Qayınanasını yerdə qoyan gəlin dərhal xilasetmə xidmətinə zəng edib.
Köməyə gələn xilasedicilər qadının əlinə sabun sürtməklə borudan çıxarda biliblər. Qadın sağ-salamat xilas edilsə də, keçirdiyi 4 saatlıq iztirabdan sonra onun sol əli şişib.
Nura
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı