2 il bayatlamadan saxlanılan çörək hazırlandı
Bizi izləyin

Bilgi.az

2 il bayatlamadan saxlanılan çörək hazırlandı

Türkiyənin Sivas bölgəsində 2 il bayatlamayan çörək hazırlanır. Publika.az-ın məlumatına görə, "Soba qutusu" adlandırılan çörək 3 gündə bişirilir. Bir kisə buğda unu maya ilə xəmir halına gətirilir. Xəmir üç gündə yeddi dəfə yenidən yoğrularaq mayalanır. Bir saat bişirildikdən sonra sobadan çıxarılır və bir az gözlədikdən sonra təkrar sobaya verilir. Bişirildikdən sonra yaxşıca qurudulur və paketlənir.

Bu çörək xüsusən mədə xəstəlikləri olanlar üçün şəfalı hesab edilir. Çörək yeyilmədən əvvəl suda 5 dəqiqə saxlanılır, dişi olmayanlar üçün də əlverişli olur. Bu çörəyin satışı digərlərindən daha ucuz olur. Çörək rütubətsiz yerdə iki il bayatlamadan saxlanıla bilir.

Bu çörək xüsusən əcnəbilərin marağına səbəb olur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm