Valideynlərinin qorxusundan körpəsini yandırdı – FOTO
Bizi izləyin

Bilgi.az

Valideynlərinin qorxusundan körpəsini yandırdı – FOTO

Rumıniyada yeniyetmə qız dəhşətli bir cinayət törədib.

17 yaşlı Aleksandra Olaru hamilə olduğunu valideynlərindən gizlətmək üçün yeni doğulmuş körpəsini qətlə yetirərək onun meyitini yandırıb.

Aleksandra valideynlərinin evdə olmamasından istifadə edərək körpəsini yastıqla boğub, sonradan isə onu tamamilə məhv etmək üçün yandırıb. Qız baş verənləri yoldaşlarına danışdıqdan sonra cinayətin üstü açılıb.

Onun rəfiqəsi Bibesko deyib: "Heç kim onun hamilə olduğunu bilməyib. O, hamiləyə də oxşamayıb və bu haqda kiməsə söz deməyib. Bu haqda xəbəri məktəbə gəlib bizə danışdıqdan sonra öyrənmişik. Onun danışdıqlarının əvvəlcə zarafat olduğunu düşündük. Ancaq o, hadisəni təfsilatı ilə bizə danışdıqdan sonra onun ciddi olduğunu başa düşdük".

Qız saxlandıqdan sonra valideynlərinin qorxusundan bu hərəkətə əl atdığını etiraf edib.

Hazırda o, psixoloji testdən keçirilir. Qızın ağlının başında olduğu aşkar edilərsə, onu ömürlük həbs gözləyə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm