Dilənçi oğlanı biznesmenə çevirən qadın – FOTO
Bizi izləyin

Bilgi.az

Dilənçi oğlanı biznesmenə çevirən qadın – FOTO

Çində yaşayan dilənçi varlanıb biznesmen olduqdan sonra ona yaxşılıq etmiş insanı unutmayıb.

Bu təsirli hadisə 20 il bundan qabaq – 1993-cü ildə baş verib. O zaman 17 yaşlı He Ronfen ailəsinin acından ölməməsi üçün Tayçjou küçələrində dilənçilkilə məşğul olub.

He o günləri belə xatırlayır: "Mən dostlarımla işləmək üçün Tayçjou şəhərinə getmişdik. Ancaq bizim iş axtarışında bəxtimiz gətirmədi və son anda küçələrdə ayaqyalın, acqarnına və pulsuz qaldıq. Bir cavan qadın bizə yaxınlaşana qədər naümid qalmışdıq".

"Cavan qadın" kimi təqdim olunan Day Zinfen dilənçiliklə məşğul olan yeniyetmələrə yaxınlaşaraq onlara öz yardımı təklif edib. Qadın əri ilə birgə əriştə satışı ilə məşğul olub və yeniyetmələri birotaqlı evdə yaşamağa dəvət edib. Gənc çinlilər onun təklifini qəbul etdikdən sonra qadın yeniyetmə oğlanlara əriştə verib, qabar bağlamış ayaqlarını yumaq üçün su qızdırıb və yatmaq üçün yer salıb. Sonradan isə Day onlara başqa bir şəhərdə iş də tapıb. Qadın onları yola salarkən pul verib və onlara yaxşı insan olmağı tapşırıb.

He deyib: "O dedi ki, çoxlu pulun olması əsas deyil. Əsas odur ki, yaxşı insan olasan. Dayın bizə töhfələri arasında bu kəlmə mənim üçün daha qiymətli idi. Mən onun bizə göstərdiyi diqqət və qayğını, verdiyi məsləhətləri heç zaman unutmaram".

He uzun illər mebel biznesində çalışıb və tədricən Şenyan şəhərində uğurlu müəssisə sahibkarına çevrilib. Özünə karyera qurub varlanan He qadının ona etdiyi yaxşılığı unutmayıb və onun axtarışına çıxıb. Axtarışlar uğurla nəticələnib. Bir neçə gündən sonra isə He və 45 yaşlı Day görüşərək göz yaşları içində qucaqlaşıblar.

He xilaskarının göstərdiyi yaxşılıq və əriştəyə görə qadına milyon yuan (160 min dollar) verib. Lakin qadın puldan imtina edib.

O, Hedən yalnız dərmanlara görə yardımı qəbul edərək deyib: "He məni çox təəccüblədirdi və göz yaşlarına qərq etdi. Lakin onun mənə verdiyi pulu qəbil edə bilmərəm. Çünki o pulları qazanmaqda mən ona yardım etməmişəm".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm