Polislər şagirdə ev tapşırığını etməkdə yardım edib – FOTO
Bizi izləyin

Bilgi.az

Polislər şagirdə ev tapşırığını etməkdə yardım edib – FOTO

Stokholmda polis əməkdaşları şagirdə ev tapşırıqlarını etməkdə yardım edib.

Belə ki, 11 yaşlı Stokholm sakini evdə tək olub. Evdə qəribə səslər eşidən oğlan polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşları evdə axtarış aparıb, lakin heç bir qarətçi ilə rastlaşmayıblar.

Ancaq uşağın narahatlığı keçməyib. Sonradan məlum olub ki, oğlan riyaziyyatdan tapşırığı yerinə yetirmədiyi üçün narahat imiş. Polislər 11 yaşlı şagirdin köməyinə gəlib və baş verən hadisə ilə bağlı "Twitter" səhifəsində qeyd ediblər.

Polis əməkdaşları oğlanın sayıqlığını yüksək qiymətləndiriblər.

Polis Biktor Adolfson deyib: "Evə heç bir oğru girməsə belə, o, hər şeyi qaydası üzrə edib".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm