Bilgi.az
“Miss Hitler 2014” – irqçilik dolu gözəllik müsabiqəsi
Rusiyada təşkil olunan bir gözəllik yarışması kriteriyalarına görə bütün dünyanın tənqid hədəfinə tuş gəlib.
Publika.az "Radikal"a istinadən xəbər verir ki, Rusiyada təşkil edilən bir gözəllik yarışması bütün dünyada sərt reaksiyalara səbəb olub. Çünki bu yarışma indiyədək bildiyimiz bütün gözəllik yarışmalarından çox fərqlidir. Belə ki, yarışmadakı kriteriyalar siyahısında yəhudilərə nifrət etmək də var.
"Milliyət"in "Daily Mail" istinadən verdiyi xəbərə görə, bu yarışmada irqçi rus qadınlar iştirak edirlər. Onlar gözəl olmaları ilə yanaşı, yəhudilərə bəslədikləri nifrətlə də seçilirlər.
"Miss Hitler 2014" yarışmasına qatılmaq üçün sosial şəbəkədə bir selfie və yəhudilərə nifrət etdiyini açıqlayan bir yazı göndərməyin kifayətdir.
İndiyə qədər Rusiya və Şərqi Avropa ölkələrindən 14 təmsilçi qatılıb. Sosial şəbəkələrdə "Miss Hitler 2014" səhifəsini artıq yeddi mindən çox istifadəçi bəyənib. Digər tərəfdən, bu irqçi yarışmanın keçirilməsinə sərt reaksiyalar da verilir.
Publika.az həmin yarışmaya göndərilən fotoları təqdim edir:
Vüsal Tağı
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır