29 yaşında baba oldu - Dünyanı təəccübləndirən olay - FOTO
Bizi izləyin

Bilgi.az

29 yaşında baba oldu - Dünyanı təəccübləndirən olay - FOTO

29 yaşlı kişi Böyük Britaniyanın ən cavan babası olub. Xəstəxanada öz nəvəsini ziyarət etməyə gələn Şem Devisdən 16 yaşdan yuxarı olmasını sübut edən sənəd tələb olunduqda o, pərt olub.

Publika.az Britaniya mətbuatına istinadən xəbər verir ki, işsiz Şem Devisin 14 yaşlı qızı Tia bu ayın əvvəlində Qreysi dünyaya gətirərkən sevincinin həddi-hüdudu olmayıb. Şem özü 15 yaşındaykən 30 yaşlı sevgilisi ondan Tianı dünyaya gətirib.

Onların qızlarının sevgilisi olan Cordanın isə 15 yaşı var. Qreysin dünyaya gəlməsinə yeddi həftə qalmış Tiaya eklampsiya diaqnozu qoyulub. Bundan narahatçılıq keçirən həkimlər uşağın qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməsinə razılıq veriblər. Qreysin dünyaya gəlməsindən bir həftə sonra Tia öz 15 yaşını dostlarının və ailəsinin əhatəsində xəstəxanada qeyd edib. 18 aydır Cordanla görüşən Tia üçün ən böyük hədiyyə övladının dünyaya gəlişi olub.

Ana-bala xəstəxanadan buraxıldıqdan sonra Tia məktəbi bitirənədək anasıgildə qalacaq. Cordan atalıq məsuliyyətindən boyun qaçırmayaraq bildirir ki, məktəbin reqbi komandasının kapitanıdır bu isə 14 uşağa sahib olmaq kimidir.

Britaniya yeniyetmələr arasında hamiləlik göstəricisinə görə, Hollandiyadan beş dəfə, Fransa və İspaniyadan isə iki dəfə öndədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm