İtin insanlara qarşı allergiyası var - FOTOLAR
Bizi izləyin

Bilgi.az

İtin insanlara qarşı allergiyası var - FOTOLAR

İnsanın heyvanlara qaşı allergiyası olduğunu bilirdik. Amma heyvanların da insanlara qarşı allergiyası olduğu ortaya çıxıb. Adam adlı it də eyni aqibəti yaşayıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, bir neçə ay dərisində olan yaralardan əziyyət çəkib. Daha sonra bu yaralar böyüyərək itin bütün bədəninə yayılıb.

Adamı tapan şəxs Robin German onu müalicə etmək qərarına gəlib. Amma veterinarlar onun xəstəliyinin qəribə simptomlarını izah etməkdə aciz qalıblar. İtin qanının analizi şok həqiqəti üzə çıxarıb. Məlum olub ki, Adamın insanlara qarşı, xüsusən də, insan dərisinin qabığına qarşı allergiyası var. Bundan sonra həkimlər heyvanda immunoterapiyaya başlayıblar.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm