• USD 1,7022 0,00% EUR 1,8484 +1,31%
    • GBP 2,1791 +0,05% RUB 0,0304 +0,33%

Xoşbəxt olmaq üçün nə yeməli?

  • Bilgi.az
  • 23 Oktyabr 2014 11:42
  • 659 Baxış
Xoşbəxt olmaq üçün nə yeməli?

Aparılmış yeni tədqiqatlar nəticəsində məlum olub ki, gündəlik meyvə-tərəvəz yemək sizi nəinki həkimdən uzaq saxlaya, hətta xoşbəxt də edə bilər.

Kvinslend Universitetinin alimlərinin fikrincə, 24 saat ərzində 8 və daha çox porsiya meyvə-tərəvəz yeyən insanda xoşbəxtlik hisslərini artırır.

Kvinslend Universitetinin tədqiqatçısı həkim Redzo Muydzik meyvə və tərəvəzin psixoloji sağlamlığa necə təsir etməsini öyrənmək üçün 12 min avstraliyalı üzərində araşdırma aparıb.

O deyib: "Gün ərzində 5 tərəvəz, 2 meyvə fiziki sağlamlığa təsir edir. Biz meyvə-tərəvəzin stress və ümumi sağlamlığa necə təsir etdiyini öyrənməyə çalışmışıq".

Həkim həmçinin bildirib ki, gün ərzində 5 tərəvəz, 2 meyvə qəbulu cibə mənfi təsir etməyəcək. O deyib: "Böyük Britaniya və Yeni Zelandiyada apardığımız tədqiqat zamanı sübut olunub ki, gün ərzində 8 porsiya meyvə və tərəvəz qəbul edən insanlar özlərini daha xoşbəxt hiss edirlər".

Nura

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR