Dələduzu “komadan” necə çıxardılar? – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dələduzu “komadan” necə çıxardılar? – FOTOLAR

Böyük Britaniya sakini Alan Nayt törətdiyi cinayətdən yayınmaq üçün düz 2 il ərzində özünü komaya düşmüş kimi göstərib. Belə ki, Alan Nayt 2 il bundan qabaq Altshaymer xəstəsi olan qonşusunun 64 min dollarını oğurlayıb.

Hüquq mühafizə orqanları Naytlini həbs etməyə gəldikdə o, bütün bədəninin iflic olduğu görüntüsünü yaradıb. Arvadı isə deyib ki, qarajın darvazası Alanın boynuna dəydikdən sonra o, komaya düşüb.

Naytli marketdə ödənişi həyata keçirmək üçün kredit kartından istifadə edərkən polis onun yalanının üstünü aça bilib. Müşahidə kameraları onun hətta marketdən çıxdığını da qeydə alıb.

Yalanının üstü açıldıqdan sonra Naytli məhkəməyə çağırılıb. Çıxış yolu tapmayan kişi 2 il sonra hər şeyi etiraf etməli olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm