Ebola qorxusu sərnişinləri bir-birinə qatdı
Bizi izləyin

Bilgi.az

Ebola qorxusu sərnişinləri bir-birinə qatdı

Tbilisidə bələdiyyə avtobusunun təşvişə düşmüş sərnişinləri qaradərili sərnişini avtobusdan itələyib küçəyə atıblar.

Trend xəbər verir ki, hadisənin şahidi olmuş yazıçı Lela Kodolaşvili sosial şəbəkədəki səhifəsində yazır ki, buna sərnişinlərin Ebola virusu ilə bağlı təşvişi səbəb olub.

Onun sözlərinə görə, sərnişin qışqıraraq fransız olduğunu desə də, bu, heç bir nəticə verməyib.

Bir müddət əvvəl Gürcüstanın səhiyyə və sosial müdafiə naziri David Sergeyenko bəyan edib ki, Gürcüstanda Ebola virusunun yayılması ilə bağlı heç bir təhlükə yoxdur: "Bir fakt belə qeydə alınmayıb, biz Afrikadan gələn bütün əcnəbiləri izləyirik, odur ki, heç bir təhlükə yoxdur".

Hazırda Afrikadan gəlmiş bir neçə şəxs gürcü həkimlərin müşahidəsi altındadır. Xəstəliyin 21 gün davam edən inkubasiya dövrü başa çatdıqdan sonra onların üzərindən nəzarət götürüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm