Bilgi.az
Sevgilisini güdmək üçün bacaya girdi – FOTOLAR
Kaliforniya ştatının Tauzend-Ouks şəhərində maraqlı bir hadisə baş verib: ehtiraslı qadın keçmiş sevgilisini güdmək üçün bacayla evə keçmək istəyib. Qadın dar boruda ilişib qalıb.
Bazar günü Tauzend-Ouks şəhər polis məntəqəsinə yerli sakinlər tərəfindən zənglər edilib. Onların sözlərinə görə, evlərinin birinə məxsus bacadan ağlama səsi gəlib. Hadisə yerinə gələn hüquq mühafizə orqanları, həqiqətən də, evin bacasında qadına rast gəliblər. Bacada ilişib qalan qadın 30 yaşlı Cenovyeva Nunyez-Fiqeroa olub.
Bacanın borusunda ilişən qadın polislərə oradan çıxa bilmədiyini bildirib. Qadının həyatını xilas etmək üçün yanğınsöndürmə xidməti çağırılıb. Köməyə gələn yanğınsöndürmə xidməti əvvəlcə kərpic bacanı söküb. Qadını borudan rahatlıqla çıxartmaq üçün isə sabun qarışığından istifadə olunub.
Bacadan çıxan qadın daha çox evin sahibi 28 yaşlı Lourensi narahat edib. Sonradan məlum olub ki, onlar internetdə tanış olublar, lakin Lourens bir neçə həftədən sonra yeni tanışından ayrılmalı olub. Sən demə, Cenovyeva təslim olmayıb və internetdə tanış olduğu kişini bacadan içəri daxil olmaqla güdmək istəyib. Lakin sonradan qadın tutduğu əməlindən peşman olub. Maraqlıdır ki, o, artıq ikinci dəfədir ki, Lourensin evinə bacadan daxil olmağa çalışıb. Onun birinci cəhdi polisin qorxusundan baş tutmayıb.
İndi isə Cenovyeva başqasının evinə basqın etdiyi üçün günahkar bilinir. O, dağılmış bacaya görə pul ödəməli olacaq.
Nura
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı