Van Dammın İstanbul macərası: Badəni qırıb, müxbirə təpik atdı - FOTO
Bizi izləyin

Bilgi.az

Van Dammın İstanbul macərası: Badəni qırıb, müxbirə təpik atdı - FOTO

51-ci Antalya "Altun Protoğal Film Festivalı"nında iştirak etdikdən sonra İstanbula gələn döyüş filmlərinin əfsanəvi qəhrəmanı Jan Klod Vandamm gecə klublarının birində sərxoş olaraq, necə deyərlər, "açarını itirib".

Publika.az-ın məlumatına görə, klubda iki qadınla əylənən Van Damm qəfildən dəliyə dönüb. İçki badələrini sındırıb, dizlərini yerə ataraq səsinin çıxdığı qədər bağırmağa başlayıb.

Köməkçisi klubdakılardan üzr istəyərək, ulduzu çölə çıxarıb.

Yanındakı qadınlara qışqırıb təhqir edən Van Damm çöldə də onun şəklini çəkən müxbirlərə hücum çəkib. Onları thqir edib, təpikləməyə cəhd edib.

Bir təhər köməkçisi film qəhrəmanını onun üçün kirayələnmiş avtomobilə mindirməyə çalışıb. Bu dəfə də Van Ddamm hirsini avtomobilin şüşələrindən çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm