Bilgi.az
“Tısbağa taksilər” - FOTOLAR/ VİDEO
Bir çox əksər taksilərdən fərqli olaraq, "tısbağa taksilər" heç bir yerə tələsməyən insanlara xidmət edir.
Yaponiyada "Tısbağa taksilər" getdikcə məşhurlaşmağa doğru gedir.
Keçən ilin dekabr ayından istifadəyə buraxılan taksilərə pul verib mənzilbaşına asta sürətlə getməyə hazır olan insanların sayı az deyil. Taksi şirkətlərindən biri 500 avtomobilindən 10-nu "tısbağa taksi" loqotipi adı altında xidmətə buraxır. Taksini idarə edən sürücülər də xüsusi dərslər almış insanlardır. Sükan arxasında əyləşən sürücülər, adətən, asta sürmək və sərt dönüş etməmək öyrədilir.
Müştəri taksiyə əyləşən zaman "yakkuri" (asta sürət) düyməsini basır. Bundan sonra, sürücüyə asta sürmək haqda siqnal daxil olur.
Yaponiyada bu xidmət növündən, adətən, təqaüdçülər, hamilə qadınlar, körpə uşağı olan analar, həmçinin də yoldaca şəhərlə tanış olmaq istəyən turistlər istifadə edir.
Nura
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ