Gündə 5 dəfə namaza səsləyəcək telefon
Bizi izləyin

Bilgi.az

Gündə 5 dəfə namaza səsləyəcək telefon

Noyabrın sonunadək Rusiyada sırf müsəlmanlar üçün nəzərdə tutulan mobil telefonlar satışa çıxarılacaq.

Publika.az Ria.ru saytına istinadən xəbər verir ki, bu mobil telefon "BQ İstanbul" adlanıb.

Rusiya Müsəlman Qadınları İttifaqının sədri Nailə Ziqanşinanın sözlərinə görə, mobil telefonun az bir zamanda ölkədə populyarlaşacağı gözlənilir.

Telefonun yaddaşında ərəb, rus və Rusiyada daha çox danışılan daha 4 dildə Quran surələri yerləşdirilib.

Menyu əlverişli olduğundan, lazımi surələri anındaca tapıb oxumaq olur.

Həmçinin telefonda müsəlmanlar üçün vacib olan daha bir xüsusiyyət var. İstifadəçi telefonun yaddaşına yaşadığı ölkənin və şəhərin məlumatlarını yerləşdirir. Belə olduqda telefon avtomatik həmin şəxs üçün namaz saatlarını axtarıb tapır. Gündə 5 dəfə çalınan zəng namazın vaxtını xəbər verir.

Xəbər verildiyinə görə, bu mobil telefonun qiyməti o qədər də yüksək olmayacaq. Yəni onu hər təbəqədən olan insan ala biləcək.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm