Şimali Koreya yalnız “Associated Press”ə icazə verdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şimali Koreya yalnız “Associated Press”ə icazə verdi - FOTOLAR

Dünya mediasının ən çox maraqlandığı ölkələrdən biri də Şimali Koreyadır.

Publika.az "Milliyət"ə istinadən xəbər verir ki, ötən ay Şimali Koreya lideri Kim Yonq Unun səhhətində problem yaranıb. Dünya mediası isə dəqiq xəbər ala bilmədiyi üçün bu məsələ ilə bir sıra versiyalar ortaya atıb.

Bir aydan çoxdur ictimaiyyət qarşısına çıxmayan Şimali Koreya lideri Kim ölkəsinin reklamı üçün beynəlxalq xəbər agentliyi olan "Associated Press"ə (AP) şərtli icazə verib.

Kim Yonq Unun bu icazəsindən sonra "AP" müxbiri paytaxt Pxenyandan Şimali Koreya xalqı üçün müqəddəs olan Paektu Dağına qədər gedib.

"AP" müxbiri səyahət ərzində müxtəlif şəhər və bölgələrdə fotolar çəkib.

Ancaq "AP" müxbiri yalnız icazə verilən bölgələrin fotolarını çəkib və Şimali Koreya hökumətinin icazə verdiyi adamlarda danışıb.

"Associated Press" müxbiri Şimali Koreyada 2150 kilometr məsafə qət edib və yol boyunca Şimali Koreya hökuməti tərəfindən onun üçün təmin edilən bələdçi bir an belə onu tək qoymayıb.

Nəticədə, icazə verilməyən heç bir bölgənin fotosunu çəkə bilməyib.

Müxbir daha çox Şimali Koreya xalqının gündəlik məişətindən fotoları lentə alıb.

Publika.az Şimali Koreyanın "AP" müxbirinin obyektivindən çıxan fotolarını təqdim edir:

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm