Bilgi.az
Dolçe və Stefano Qabbanaya bəraət verildi
Məşhur dizaynerlər Domeniko Dolçe və Stefano Qabbanaya bəraət verilib.
Publika.az xəbər verir ki, may ayında ittiham olunaraq 6 aylıq həbs olunan cütlük 2004-cü ildə Dolce & Gabbana və D&G brendlərinin Lüksemburqda saxta qeydiyyatında günahlandırılırdılar. Buna səbəb isə Avropada ən yüksək vergi sistemi olan İtaliya vergi sistemindən yayınmaq məqsədi daşıyıb.
Həbsdən azad olunan cütlük Milanda keçirilkən 2015-ci ilin yaz-yay moda həftəsinə yollanıblar. Dünən axşam isə kassasiya məhkəməsi bəraət barədə hökm çıxarıb. İttiham olunanlar məhkəmə toplantısında iştirak etməyiblər. Onların məhkəmədə maraqlarını qorumaq üçün 8 vəkil təyin olunub.
Qeyd edək ki, Dünya şöhrətli dizaynerlərin 2 il yarım müddətinə azadlıqdan məhrum olacağı deyilirdi.
Geyim dizaynerləri 1 milyard dollar məbləğində qazancı rəsmi
orqanlardan gizlədərək, vergini ödəməyiblər. Milan məhkəməsi
həbsdən savayı, modelyerlərdən 10 milyon avro dəyərində
kompensasiya da tələb edirdi.
Xatırladaq ki, məşhur D&G brendinin yaradıcılarının vergidən yayınmaqda günahlandırılması birinci hal deyil.
Gülnar
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO