Qadınların kişilərdən çox yaşamasının 5 səbəbi
Bizi izləyin

Bilgi.az

Qadınların kişilərdən çox yaşamasının 5 səbəbi

ABŞ-da orta ömür həddi dünya üzrə ən yüksək hesab edilir. Nəzarət və profilaktik sağlamlıq üzrə milli mərkəzin verdiyi məlumata görə, 2012-ci ildə dünyaya gəlmiş oğlan uşaqları 78 il 9,5 ay, qızlar isə 81,2 il yaşayacaq.

Alimlər isə uzunömürlülük səviyyəsində genderlər arası fərqlilikləri araşdırır. Publika.az isə hər iki cins arasında həyatın sürəkliliyinə təsir edən amilləri təqdim edir:

  1. Bətndə olarkən qızlar daha möhkəm olur. Tədqiqatlar zamanı məlum olub ki, qız uşaqları ana bətnində olarkən oğlanlara nisbətən daha az infeksiya və ya digər xəstəliklərə yoluxur. Səbəb ondan ibarətdir ki, hamiləlik vaxtı qızlar fiziki cəhətdən daha tez inkişaf edir. Bu isə o deməkdir ki, vaxtından əvvəl doğuş zamanı qızların ağciyər və beyin inkişafı üçün az risk olur.
  2. Qadınlar fədakarlıq etmək kimi vərdişlərə malik deyil. Amerika kişiləri arasında gözlənilməz səbəbdən qazanılmış zədə nəticəsində ölüm geniş yayılıb. Qadınlar isə çox nadir hallarda gözlənilməz xəsarətdən ölür. İş ondadır ki, kişilərdə həyatını riskə atma və məsuliyyət hissi qadınlara nisbətən daha çox inkişaf edib.
  3. Qadınlarda ürək-damar xəstəlikləri yetkin yaşlarda peyda olur. Kişi və qadınlarda da ürək-damar xəstəliklərindən ölüm birinci yerdə dayanır. Lakin kişilərdə xəstəlik 30-40 yaşlarında peyda olur. Qadınlarda isə kişilərə nisbətən 10 il gec baş verir. İş ondadır ki, qadınlar möhkəm və elastik damarlara malikdir və onların orqanizmində estrogen hormonlarının ehtiyatı çoxdur.
  4. Qadınların sosial bağlantısı daha möhkəmdir. 2010-cu ildə aparılmış tədqiqatlara görə, möhkəm sosial bağlantılara malik olan insanlar, az ünsiyyət quran insanlara nisbətən həyatı 50 faiz daha az risk altındadır. Möhkəm sosial bağlantılar isə adətən qadınlarda daha yaxşı inkişaf edib.
  5. Qadınlar öz sağlamlığına daha çox diqqət yetirir. Tədqiqatlara görə, il ərzində kişilər qadınlara nisbətən daha az hakim müayinəsinə müraciət edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm