Kosmosda otellər belə olacaq
Bizi izləyin

Bilgi.az

Kosmosda otellər belə olacaq

Kosmosda otel tikiləcək. Bu otellərdə 2 həftəyə qədər qalmaq mümkün olacaq. Publika.az-ın məlumatına görə, bu barədə Amerika Kosmik Araşdırmalar Mərkəzinin (NASA) Reaktiv Propulsiya Laboratoriyasının sədri Çarles Elaçi məlumat verib.

O artıq bir çox şirkətlərin kosmik turizmlə bağlı işlərə başladığını bildirib. Onlardan biri -"Virgin Galactic" firması turistləri kosmosun kənarına qədər aparacağını açıqlayıb. Ç.Elaçinin sözlərinə görə, bu səyahət turistlərə 200 min dollara başa gələcək. Onun sözlərinə görə, bu səyahət qısa olacaq və artıq turistlərin kosmosda qalmaları üçün otel tikintisi planlaşdırılır.

NASA rəsmisinin sözlərinə görə, kosmosda otellər onlar tərəfindən tikilsə də, idarə edilməsi özəl şirkətlərə həvalə ediləcək.

"Bu otellərdə turistlər iki həftə qala biləcək. Otellərin tikintisi gələcək 10 ildə mümkün olacaq. İndi şirkətlər bu layihənin mümkünlüyünə baxırlar. Bu otellərdə kapsullar və şişirdilmiş otaqlar olacaq. İnsanlar bu otellərdə bir gün və ya bir həftə qala biləcək, dünyanı kosmosdan görəcəklər".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm