Fişəng yeniyetmənin qolunu sındırdı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Fişəng yeniyetmənin qolunu sındırdı - FOTOLAR

Böyük Britaniyada yaşayan 15 yaşlı yeniyetmə kustar üsul ilə hazırlanmış fişəngin partlamasından xəsarət alıb. Pirotexnik avadanlıq yeniyetmənin qolunu 7 yerdən sındıraraq, vətərlərini qopardıb.

On beş yaşlı Dilan Kosqrouv yoldaşından kustar üsulu ilə hazırlanmış fişəng alıb.Tonqal gecəsi(Bonfire Night) bayramında fişəngdən istifadə etmək istəyib.

Lakin yeniyetmə Böyük Britaniyada ənənəvi keçirilən bayrama kimi dözməyərək fişəngi yoldaşı Erin İstona göstərmək istəyib.

Onun sözlərinə görə, yeniyetmə oğlan əvvəlcə fişəngi yandırıb, Erini güldürdükdən sonra söndürmək istəyib. Lakin bir anın içində hər ikisinin gülüşü kəsilib. Fişəngi söndürməyə çalışsalar da, onun ipi yanmaqda davam edib. Maraqlıdır ki, oğlan yanğının baş verəcətindən qorxaraq, pirotexnik avadanlığı ağzına qoymağı da düşünüb .

O deyib: "Fişəngi Erinə göstərdikdən sonra onu söndürməyə çalışdım. Lakin heç bir cəhdim baş tutmurdu. Bu zaman çox qorxdum, çünki yanğın olacağından ehtiyat etdim. Mən panikada idim və nə edəcəyimi də bilmirdim. Mən hətta fişəngi ağzıma qoydum ki, sönsün. Sonra isə fitilin sürətlə alışdığını görərək Erini partlayışdan qorumaq üçün otağın bir küncünə qaçdım. Mən fişəngi əlimdə sıxdım və partlayış baş verdi. gözlərimi açarkən şəhadət barmağımın arxaya əyildiyini gördüm".

Hadisə baş verən zaman Dilanın atası 1-ci mərtəbədə olub. O, təcili yardıma zəng edərək oğlanı xəstəxanaya aparıb. Rentgen müayinəsi zamanı pirotexnik avadanlığın oğlanın qolunu 7 yerdən sındırdığı və vətərini parçaladığı məlum olub.

Dilan deyib: "Mən 4 saat yarım əməliyyat olundum. İndi isə barmaqlarıma metal ştift qoyulub, iki vətərim isə yoxdur. Bu isə o deməkdir ki, mənim sağ əlimdəki barmaqlarımın hərəkəti məhdudlaşır. Ən pisi isə budur ki, bu, ömürlük belə olacaq. Çox istərdim ki, vaxtı geriyə çəkim! Mən bunun nə dərəcədə ağılsız hərəkət olduğunu başa düşürəm və fişəngin ağzımda partlamasını təsəvvürümə belə gətirə bilmirəm. Mən özümün və Erinin həyatını təhlükə altında qoydum ".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm