Penisilin vurdular, daxili orqanları yandı
Bizi izləyin

Bilgi.az

Penisilin vurdular, daxili orqanları yandı

Penisilindən allergiya olan qızın daxili orqanları yanıb. Publika.az-ın məlumatına görə, İngiltərədə xəstəxanaya aparılan qıza 3 doza penisilin vurulandan sonra allergiya olub.

Ailə qızının sağalmasını gözlədiyi halda penisilin onun daxili orqanlarını və dərisini yandırıb. Allergiyası olduğu bilinmədən vurulan penisilin qızın böyrəyini, qaraciyər, ağciyər, saçı, dərisi və hətta dırnaqlarını yandırıb.

6 yaşlı Lidianın ailəsi isə bütün bunlara baxmayaraq, qızlarının sağalacağına inamını itirməyib. Həkimlər qızın həyatda qalmasının "möcüzə" olduğunu bildiriblər. Lidianın anası Aşa isə çox dua etdiyini, hətta bütün kilsələrə zəng edərək qızı üçün dua etmələrini xahiş etdiyini deyib: "Qızım mənim kiçik möcüzəmdir. Onun adının mənası ümiddir, ona görə bədəninin 100%-i yansa da, onun sağalacağına inanırdım".

Lidia 3 ay xəstəxanada qalıb. Daxili orqanlarının vəziyyəti nisbətən düzəlsə də, dərisinin əvvəlki halına qayıtması xeyli zaman tələb edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm