Yemək üstündə arvad ərini döydü – FOTO
Bizi izləyin

Bilgi.az

Yemək üstündə arvad ərini döydü – FOTO

Hindistanda şam yeməyi yeyən ailənin günü sonda qanqaraçılıqla bitib: 40 yaşlı ər 38 yaşlı arvadından əlavə yemək istəyib, lakin əvəzində arvadından "kötək" qazanıb. Arvadın ərinin başına atdığı daşın zərbəsi o qədər güclü olub ki, həkimlər xəsarət alanın başına 5 tikiş qoymalı olublar.

Hindistanda yaşayan Maxendra Mali Maratxi arvadı tərəfindən daşla vurulduqdan sonra hələ də sarsıntıdan özünə gələ bilməyib. O, hələ də anlaya bilmir ki, əlavə kimi çapati (buğda unundan hazırlanmış Hind kökəsi) istəməsi arvadında nə üçün belə vəhşi reaksiya doğurub.

Adının açıqlanmasını istəməyən polis əməkdaşı jurnalistlərə xəbər verib: "Maratxi işdən sonra evə ac və yorğun gəlib. Şam yeməyi zamanı o, boşqabında iki ədəd balaca çapati görüb. O, əlavə çapati istədikdə arvadı Ucvala ona özünün yemək hazırlamasını tapşırıb. Maratxi israr etdikdə isə arvadı gül dibçəyindəki daşı ərinin başına çırpıb. Şahidlərin sözlərinə görə, əsəbiləşən arvad saatı və pəncərə şüşələrini də sındırıb. Sonra isə 38 yaşlı Ucavala hər iki oğlunu da evdə qoyub, qapını bağlayaraq çıxıb gedib".

Kişinin köməyinə qonşular gəlib. Onlar əraziyə polis çağıraraq Maratxini xəstəxanaya aparıblar. Yaralanmış kişi arvadından şikayət məktubu da yazıb.

O deyib: "Arvadım məni daşla vurduğu üçün ondan şikayət ərizəsi yazmışam. Mən adətən 4 böyük çapati yeyirəm, o isə mənə iki balaca çapati qoymuşdu. Bu zaman ondan əlavə yemək istədim və döyüldüm".

Bu müddət ərzində Ucavala qardaşının evində gizlənib. O da ərindən şikayət ərizəsi yazmaq niyyətindədir. Ucavala ərini vurmaq niyyətində olmadığını bildirib, guya o, yalnız özünü müdafiə etmək istəyib.

Ucavalanın bacısı deyib ki, Maraxti işdən evə gələrkən arvadının saçından dartaraq ondan yemək tələb edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm