Kondisioner xərçəng xəstəsinin həyatını xilas etdi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kondisioner xərçəng xəstəsinin həyatını xilas etdi – FOTOLAR

Döş xərçəngindən əziyyət çəkən qadının həyatını kondisioner xilas edib. Onun sözlərinə görə, isinmək üçün kabinetdə quraşdırılmış avadanlığı qucaqladıqdan sonra qadın xəstəliyini aşkar edib.

Londonda yaşayan Eleyn Delani işdə hər qış kondisioneri işlək vəziyyətdə saxlayıb. Keçən ilin dekabrında onda xərçəng şişi aşkarlanıb. Xərçəng şişinin aşkarlanmasında isə ona məhz kondisioner yardım edib.

35 yaşlı qadın deyib: "Həmin günü hava çox soyuq idi və işləyə bilmirdim. Ofisdəki havanın çöldən soyuq olduğunu görüb qızınmaq üçün kondisioneri qucaqlamağa qərar verdim. Və bu zaman sinəmdə üzüm dənəsi boyda şiş hiss etdim ".

Eleyn rəfiqəsinin məsləhəti ilə həkimə müraciət edib. O, çox gənc olduğunu düşünərək bu xəstəliyə tutulacağını güman etməyib.

Ultrasəs müayinəsindən keçdikdən sonra qadın nəticələri 3 həftə gözləməli olub. Bu müddətdə o, Yeni il bayramını da qeyd edib. Ona tezliklə pis xəbər veriləcəyindən heç şübhələnməyib.

Nəticələr göstərib ki, onun hər iki döşündə xərçəng şişi var. Şiş vaxtından əvvəl aşkar edildiyi üçün qadının yaşama şansları artıb. Bundan sonra qadın onun həyatını xilas edən kondisionerə minnətdar olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm