12 yaşlı oğlan aclıq və susuzluq hissiyyatını itirdi
Bizi izləyin

Bilgi.az

12 yaşlı oğlan aclıq və susuzluq hissiyyatını itirdi

ABŞ-da 12 yaşlı Lendnl Cons qəribə xəstəliyə tutulub. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uşaqda aclıq və susuzluq hissiyyatı itib. Tədqiqatçılar tibb elminin indiyədək belə qəribə bir xəstəliklə rastlaşmadığını bildirirlər.

Təxminən bir il əvvəl Lendon halsızlıq hiss edib. Bundan sonra baş ağrısı və öskürək, iştahsızlıq yaranan oğlanı valideynləri həkimə aparıblar. Müayinə nəticəsində oğlanın sol ağciyərində infeksiya aşkar olunub. Soyuqdəymə müalicə olunub sağaldılsa da, oğlan əvvəlki kimi normal qidalanmadan məhrum olub.

Lendonun valideynləri uşağın vəziyyətinin gün-gündən pisləşdiyini deyirlər. Onun çəkisi də hiss olunacaq dərəcədə azalıb. Oğlan yeməklərin qoxusunu və dadını hiss etsə də, aclıq və susuzluq duyğusunu itirib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm