Şimali Koreyada istirahət mərkəzi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şimali Koreyada istirahət mərkəzi – FOTOLAR

Şimali Koreyanın keçmış lideri Kim Çen İrin vaxtında tikilən kompleksləri çəkmək üçün bu ölkəyə gedən fotoqraf Aram Pan hələ istifadə edilməmiş və yaxşı vəziyyətdə olan Qış turizm mərkəzinin fotolarını internet saytında paylaşıb.

Publika.az "Milliyət" qəzetinə istinadən xəbər verir ki, fotoqraf hələlik nə qar, nə də içində insan olan "Masikryong" adlı qış turizm mərkəzinin qüsursuz olduğunu deyib.

Heç vaxt istifadə edilməyən bu mərkəz "Taehva" təpəsi adlı yerdə tikilib. Mərkəzdə dağ evi formasında dizayn edilmiş hotel, restoran və spa bölümləri yerləşir. Müxtəlif səviyyələrdə inşa edilən xizək yolunun ümumi uzunluğu isə 110 kilometrdir.

Aram Pan saytında fotolarla əlaqədar bunu deyib: "Mən kompleksə yaz fəslinin sonunda getdiyim üçün qar yox idi. Həmçinin, xizək sürmək üçün də gələn müştərilər yox idi".

Qış turizm mərkəzinin yerləşdiyi "Taehva" təpəsi liman şəhəri olan Vonsan yaxınlığındadır. Bu ilin axırlarında açılması gözlənilən mərkəzə 5 min müştərinin gələcəyi deyilir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm