Burada nişanda üzük əvəzi telefon verilir
Bizi izləyin

Bilgi.az

Burada nişanda üzük əvəzi telefon verilir

Şimali Koreya sakinləri nişan mərasimi vaxtı bir-birlərinə üzük vermək əvəzinə mobil telefon hədiyyə edirlər.

Hamqyon-Pukto əyalətinin sakinlərindən biri deyib: "Kiçik şəhərlərdə nişan vaxtı verilən hədiyyələr arasında mobil telefon birinci yerdə durur. İkinci yerdə isə nişan üzüyü gəlir".

Xəbər verildiyi kimi, Koreya Xalq Demokratik Respublikasında mobil telefonlar ölkənin gənc sakinləri arasında sosial rifahın yaxşı olmasını göstərir. Evli olmayan qadınlar çox nadir hallarda hazırkı rabitə avadanlığına sahib olurlar.

Bundan əlavə, xəbər verilir ki, Şimali Koreyada mobil telefonların qiyməti 200-300 dollardır. Yerli istehsal olan smartfon isə 400 dollardır. Şimali Koreyada orta əməkhaqqı təxminən 3 min vondur (23 dollar). Ona görə də ölkədə mobil telefonu hakim partiyadan və yuxarı təbəqəndən çıxmış ailənin övladları ala bilir.

Şimali Koreyada 2 milyon mobil rabitə abonenti var. Ölkədə hər 20 nəfərdən birinə bir mobil telefon düşür.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm