Evi avtomobil yoluna yaxın olanların nəzərinə
Bizi izləyin

Bilgi.az

Evi avtomobil yoluna yaxın olanların nəzərinə

İşlək yollara yaxın məsafədə yaşayan qadınların ürək tutmasından ölmə riski 500 metr kənarda qalanlarla müqayisədə 38% çoxdur.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ alimlərinin 1986-2012-ci illərdə apardığı araşdırmanın nəticəsində qeyd olunur. Alimlər təxminən 60 yaşlı 107103 qadın üzərində apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

Bunun səbəbi işlək yolların kənarında hava kirliliyinin daha çox olmasıdır. Bu da siqaret, yanlış qidalanma və çəki artımına qədər problemlərə səbəb olur.

Alimlər araşdırmanı növbəti illərdə də davam etdirəcəklərini açıqlayıblar. Bu dəfə isə kişilər, müxtəlif yaş və irqlərdən olan şəxslər üzərində araşdırma aparacaqlarını bildiriblər.

Sonda isə alimlər onu da bildiriblər ki, insanların harada yaşaması qədər onların necə qidalanması, siqaretdən çox istifadə etməsi ürək-damar xəstəliklərinin artmasına yol aça bilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm