Hovuzda çimən qadını mobil telefonla çəkdi
Bizi izləyin

Bilgi.az

Hovuzda çimən qadını mobil telefonla çəkdi

Böyük Britaniyada yaşayan 18 yaşlı yeniyetmə hamamda duş qəbul edən qadını çəkməklə mobil telefonun suya davamlılığını yoxlamaq istəyib.

Zak Hardi ictimai hövuzun duş kabinəsində çimən qadını mobil telefonla videoya çəkən yerdə yaxalanıb.

Britaniyalı qadının sözlərinə görə o, çimərkən pərdə arxasından əlin uzandığını və mobil telefonla çəkiliş aparıldığını görüb. O, tez dəsmalı üzərinə ataraq kabinədən çıxıb və hovuz işçilərini köməyə çağırıb. Qonşu kabinədə olan oğlan dərhal oradan çıxaraq qaçmağa çalışsa da, hovuz əməkdaşları tərəfindən yaxalanıb.

Polis bölməsində Hardinin verdiyi ifadəyə görə, onun qadını çəkmək kimi niyyəti olmayıb. O, sadəcə, kabinəyə mobil telefonla daxil olub və avadanlığın suya davamlılığını öyrənmək istəyib. Telefonu qurutmaq üçün onu yuxarı qaldırıb və silkələməyə başlayıb. Onun dediyinə görə bu zaman telefonda kamera funksiyasını söndürməyi unudub.

Amma sonradan yeniyetmə kabinəyə məhz çılpaq qadını çəkmək niyyəti ilə daxil olduğunu etiraf edib.

Oğlana polis nəzarəti altında 18 aylıq sınaq işi verilib və o, kompensasiya qismində 150 funt sterlinq (240 dollar) ödəməli olacaq. Bundan əlavə, onun adı 5 il müddətində saxlanılan seksual cinayətlər reyesterinə də daxil edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm