Aktrisa etnik mənsubiyyətindən imtina etməkdə ittiham olundu
Bizi izləyin

Bilgi.az

Aktrisa etnik mənsubiyyətindən imtina etməkdə ittiham olundu

Son zamanlar Hollivud aktrisası Rene Zelveger haqda söz-söhbətlər səngimək bilmir. Zelveger ötən həftə ictimaiyyət qarşısına tanınmaz görkəmdə çıxıb.

Finlandiyalı alim Edvard Dattonun fikrincə, aktrisa Rene Zelveger etnik mənsubiyyətindən xəbər verən üz cizgilərini dəyişmək üçün plastik əməliyyata əl atıb.

Onun sözlərinə görə, Maykl Cekson və island müğənnisi Byork də bu yola əl atıb.

Qeyd edək ki, son zamanlar Hollivud aktrisası tamamilə fərqli, demək olar ki, tanınmaz bir imicdə ictimaiyyət qarşısına çıxıb. Aktrisanın özü hər hansı bir əməliyyat keçirdiyini inkar edib.

Rene ana tərəfdən Norveç, İsveç və Finlandiyada yaşayan azsaylı xalq olan sami etnik qrupundandır. O, dəyişiklikdən əvvəl avropalıdan çox, şərqliyə bənzəyib.

Dattonun fikrincə, Rene Hollivud standartlarına cavab vermək üçün etnik keçmişindən imtina edərək avropalıya oxşamaq istəyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm