Makiyajını bəyənmədi, gələcək arvadını atdı – FOTOLAR\VİDEO
Bizi izləyin

Bilgi.az

Makiyajını bəyənmədi, gələcək arvadını atdı – FOTOLAR\VİDEO

Çinin Şençjen şəhərində maraqlı bir hadisə baş verib.

Evlənməyə hazırlaşan cütlük küçələrin birində toyqabağı fotosessiya etmək istəyib. Lakin gəlin fotosessiyaya yaşlı qadın imicində gəlib. Bu zaman isə onlar arasında sözün əsl mənasında konflikt yaranıb.

Gəlin yaşlı qadın kimi makiyaj etməklə sevgilisinin hisslərinin nə qədər ciddi olduğunu öyrənmək istəyib. O, nişanlısına yaxınlaşaraq soruşub: "Əgər sən məni 70 yaşımda da sevəcəyinə söz verirsənsə, o zaman fotosessiyanı davam etməyə hazıram".

Lakin gəlinin gözləntiləri özünü doğrultmayıb...

Ətrafda səs-küyə yığışmış şahidlərin sözlərinə görə, bəy gəlindən yaşlı qadın makiyajını silməyi tələb edib. Qız oğlanın tələbini rədd etdikdən sonra onlar arasında mübahisə başlayıb. Bəy əsəbiləşərək təzə gəlinin üstünə qışqırıb, hirsindən öz eynəyini çıxararaq yerə çırpıb, sonra isə qızı göz yaşları içində qoyaraq onu tərk edib.

Gəlinin sözlərinə görə, onun sevgilisinin məşuqları çox olduğu üçün ona qocalıqda sadiq qalıb-qalmayacağını müəyyən etmək istəyib.

Cütlüyün toyunun baş tutması haqda heç bir məlumat verilmir. Bəziləri isə baş verən hadisəni sadəcə səhnəcik olduğunu düşünürlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm