Bu əkiz bacılar küçədə bütün kişilərin diqqətini cəlb edir - FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Bu əkiz bacılar küçədə bütün kişilərin diqqətini cəlb edir - FOTOLAR/VİDEO

İri sinəli və əzələli bədən quruluşuna malik olan Sara və Emma küçədə, demək olar, hamının diqqətini cəlb edirlər.

Lakin diqqətlə baxdıqda qızların əslində əkiz olduğunu görmək olur. Emma və Sara Koponen 25 min dollar xərcləyərək simalarını və bədən formalarını dəyişiblər. Lakin əkiz bacılar eyni əməliyyata əl atmaqla bir-birlərinə olan oxşarlıqları da saxlaya biliblər.

Məsələn, bacıların hər ikisi 3 dəfə sinə böyütmə əməliyyat keçirib, dodaqlarını isə şişirdiblər.

İsveçdən olan 25 yaşlı Koponen bacıları bədənlərinin eyni formada qalması üçün hər gün idman zalını ziyarət edirlər. Onlar eyni çəkidə qalmaq üçün hətta eyni məhsullarla qidalanırlar.

Sara deyib: "Uşaqlıqdan biz bir-birimizə bənzəmişik. Elə indi də eyni qidalardan istifadə etməklə və idman etməklə bir-birimizdən fərqlənməməyə çalışırıq".

Subay həyat tərzi keçirən əkiz bacılar küçədə bir çox insanların diqqətini cəlb edir. Lakin onlar hələ də görkəmlərindən məmnun qalmayaraq burunlarını, diş formalarını və ombalarını dəyişmək niyyətinə düşüblər.

Sara bu barədə deyib: "Bizim sinəmiz uşaqlıqdan balaca olub. Sinifdə yalnız bir qızın sinəsi iri idi və biz ona həsəd aparardıq. Biz sinəmizdən o dərəcədə narazı idik ki, hətta onu uzun saçlarımızla ört-basdır edərdik. Elə o vaxtdan etibarən görkəmimizi dəyişməyə qərar vermişdik".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm