Qadın həbsxanasında moda nümayişi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadın həbsxanasında moda nümayişi - FOTOLAR

İsrailin Ramla şəhərində yerləşən "Neve Tirza" qadın həbsxanasında moda nümayişi keçirilib. Tədbirdə məhkum qadınlar penitensiar müəssisədə hazırlanan geyim kolleksiyasını nümayiş etdirib.

Məhkum olunmuş qadınlar modellər kimi podiuma hündürdaban ayaqqabıda və dəbli geyimlərdə çıxaraq özlərini fotosessiyadakı kimi hiss edib.

Moda nümayişi reabilitasiya layihəsi çərçivəsində təşkil edilib. Moda layihəsini keçirməklə məhkum qadınların azadlığa çıxdıqdan sonra hər hansı bir peşəyə yiyələnmək üçün şərait yaranıb.

Məhkum qadınlar geyimləri hazırlayarkən daha çox Britaniya hərbi forması və Hind dini geyimlərindən ilhamlanıb. Geyimlər gül, heyvan və geometrik fiqurlarla bəzədilib.

Nümayiş üçün qadınlar hətta makiyaj etməyi və saç düzümləri etməyi də öyrənib.

"Neve Tirza" həbsxanasında 18-70 yaş arası 200-dən artıq qadın saxlanılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm